Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Azərbaycan hərbçiləri Əfqanıstana yola salınıb


Azərbaycan sülhməramlıları.

Azərbaycan Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Müdafiə Nazirliyinin yanvarın 11-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, onlar NATO-nun Əfqanıstanda həyata keçirdiyi «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG