Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:13

Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək


Cüdo

«Başda Rövnəq Abdullayev olmaqla, Azərbaycan Cüdo Federasiyasının belə böyük seminarı təşkil etməsindən qürur hissi duyuram. Bütün dünyadan təxminən 100 ölkə bu tədbirdə iştirak edəcək».

Apasport.az saytının məlumatına görə, bu sözləri yanvarın 6-sı Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer jurnalistlərə açıqlamasında deyib.

Yanvarın 6-sı Heydər Əliyev adına İdman Konsert Kompleksində cüdo hakimləri və məşqçilərindən ötrüseminara start verilib. Seminarda iştirak edən M.Vizer daha sonra keçirdiyi brifinqdə gələn il dünya çempionatının Bakıda baş tutacağını söyləyib. O, cüdonun inkişafında Azərbaycan tərəfinin əməyini xüsusi vurğulayıb:

«Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadə və cəlbedici etmək üçün bu addımı atmışıq. Bunu daha dinamik idman növünə çevirmək istəyirik. Mən Azərbaycan dövlətinə, bizimlə birlikdə işlədiyi üçün SOCAR-a minnətdaram. Onu da əlavə edim ki, 2018-ci ildə dünya çempionatını Bakıda təşkil etməyi planlaşdırırıq».

Bu il isə Azərbaycanda «Formula-1» və IV İslam Həmrəylik Oyunları keçiriləcək. Bu ilin büdcəsində Azərbaycanda beynəlxalq yarışların keçirilməsinə 300 milyon manatdan çox pul ayrılıb.

Azərbaycan müxalifəti hesab edir ki, hakimiyyət ölkədə beynəlxalq idman yarışları keçirməkdənsə, əhalinin sosial ehtiyaclarını ödəsin.

XS
SM
MD
LG