Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 08:59

Məşhur türk dizayneri həbs edilib


Barbaros Şansal

Məşhur türk modaçısı Barbaros Şansal sosial mediada paylaşdığı fikirlərinə görə tutulub.

Kiprə bayram tətilinə gedən modaçı oradan videoyayımla çıxış edib, Türkiyə hökumətini korrupsiyada günahlandırıb. Bundan sonra hökumətin tələbiylə onu İstanbula yola salıblar.

Polis B.Şansal-ı yanvarın 2-də hava limanında saxlayıb.

«Hurriyet» qəzetinin məlumatına görə, B.Şansal İstanbula enərkən narazı kütlə modelyerə hücum edib. Polis onu hücumçuların əlindən alaraq, şöbəyə aparıb.

XS
SM
MD
LG