Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Khamenei Britaniyaya cavab verdi


Ayətullah Ali Khamenei

İranın Ali lideri Ayətullah Ali Khamenei Britaniyanın baş naziri Theresa May-in çıxışına sərt reaksiya verib. Khamenei Britaniyanın tarixən öz maraqlarını fitnə-fəsad törətməklə təmin etdiyini, indi bu cür əməllərə görə başqalarını günahlandırmağa başladığını söyləyib. «Son iki əsr ərzində Britaniya regionda şərin kökü olub, indi isə utanmadan İranı bütün ölkələrdən təhlükəli adlandırır», - Khamenei-nin veb-səhifəsində dərc olunmuş məlumatda belə deyilir.

Britaniyanın baş naziri T.May bu ay Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının sammitində çıxış edərkən İranın Körfəz, eləcə də bütün Yaxın Şərq ölkələrinə təhlükə yaratdığını demiş, Körfəz ölkələrini birləşməyə, İranın Livan, İraq, Yəmən və Suriyada təcavüzkar siyasətinin qarşısını almağa çağırmışdı.

İranın Xarici İşlər Nazirliyi bu hadisədən sonra Britaniyanın ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağırdığını bildirib.

İranla Britaniyanın münasibətləri 5 il idi, dondurulmuşdu. Hər iki ölkə səfirliklərinin fəaliyyəti bu yaxınlarda bərpa edilib.

XS
SM
MD
LG