Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Sentyabr, bazar, Bakı vaxtı 14:13

Azərbaycan xəbərləri

Strateji Yol Xəritəsinə şübhə

“İqtisadi Araşdırmalar İnstitutu” ictimai birliyinin rəhbəri Məhəmməd Talıblı

“Milli iqtisadiyyat üzrə Strateji Yol Xəritəsi əslində ölkənin ən qısa müddətdə böhrandan çıxışını nəzərdə tutmalı idi. Amma sənəd uzunmüddətli gələcək üçün nəzərdə tutulub”.

Bu sözləri “İqtisadi Araşdırmalar İnstitutu” ictimai birliyinin rəhbəri Məhəmməd Talıblı deyib.

Ekspert qeyd edib ki, sənəddə yalnız 2020-2030-cu illərdə hansı işlərin görüləcəyi bildirilib.

Buna da bax:​ Yeni xəritəyə də 1 milyard 170 milyon lazımdır

“İndi böhran vəziyyətinin tənzimlənməsi üzrə tədbirlər görülməsə, 2020-2030-cu illər üçün tədbirləri və nəticələri necə proqnozlaşdırmaq olar? İslahatlar şüarı altında görülmüş tədbirlər nəticəsində son iki ildə qeyri-neft sektorunun ixracı azalıb. Belə ki, 2014-cü ildə bu sektorda ixrac 1,6 milyard, Ermənistanda 1,5 , Gürcüstanda isə 2,8 milyard dollar səviyyəsində olub. 2016-cı ilin 11 ayının yekunları göstərib ki, bu il bu göstərici 1,1 milyard dollara qədər düşəcək, Ermənistanda 1,5 milyard səviyyəsində qalacaq, Gürcüstanda isə 2,3 milyard dollar təşkil edəcək”, deyə Talıblı bildirib.

Strateji Yol Xəritəsinin müddəalarına toxunan ekspert onların həyata keçirilməsinə şübhə ifadə edib. O qeyd edib ki, burada əsas səbəb siyasi və iqtisadi hakimiyyətin eyni əllərdə cəmləşməsindədir.

Buna da bax:​ 'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır' [video]

“Qeyri-neft sektorunun inkişafı üçün azad biznes mühiti lazımdır ki, bu, yoxdur. Bundan başqa, ölkədə iqtisadiyyatın inkişafı üçün elmi bünövrə yoxdur. Dövlət büdcəsinin elmə ayrılan vəsaiti 1 faizdən azdır. Bundan başqa, bu vəsaitin səmərəli xərclənməsində problemlər var”.

Ekspert Bakının israrla Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq istəməməsini də neqativ amillər sırasında qeyd edib.

“Azərbaycan vaxtında ÜTT-ə daxil olsaydı, uyğunlaşdırılmış böhran mərhələsini çoxdan keçərdi. Amma biz bunu etmədik və buna görə Azərbaycanda azad biznes mühiti, liberal iqtisadi təmayüllər formalaşmayıb”, deyə Talıblı qeyd edib.

Buna da bax:​ Azərbaycan 10 istəyir, amma 5-dən çox vermirlər

O, Strateji Yol Xəritəsinin maliyyə tərəfinə də toxunub.

“Heç kim yalnız hökumətin bu sənədi qəbul etdiyinə görə pul verməyəcək. Xarici investorlar real islahatlara və onların nəticələrinə inanır. Buna görə mən bu proqramla uğur əldə ediləcəyinə inanmıram”, deyə ekspert bildirib.

M. Talıblı qeyd edib ki, Azərbaycana kredit deyil, xarici investisiyalar cəlb etmək sərfəlidir.

“Biz islahatların yekununun necə olacağını bilmədən xarici borcu daim artırırıq. Digər tərəfdən, bu borcları qaytarılması yükünü gələcək nəsillərə qoyuruq”, deyə o bildirib.

Buna da bax:​ Tam 'üzən məzənnə'yə keçilir - 'Yol Xəritəsi'ndə

Bu günlər «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» açıqlanmışdı. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Həmin xəritələrdə neftdən asılı olmadan ölkədə ayrı-ayrı sahələrinin inkişafı qarşıya məqsəd kimi qoyulurdu. Sənəddə vurğulanırdı ki, bu məqsədlərə çatmaqdan ötrü bütünlükdə 27 milyard manata ehtiyac görülür.

Bütün xəbərləri izləyin

ABŞ səfirliyində 11 sentyabr terror hücumlarının qurbanları yad edilib

11 sentyabr memorialı, New York, 11 sentyabr 2015

Bu gün, sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyində 11 sentyabr terror hücumlarının qurbanları yad edilir.

Səfirliyin “Facebook” səhifəsindən paylaşılan xəbərdə qeyd olunur:

“11 sentyabr hadisələri Amerikanı və bütün dünyanı dəyişdirdi.”
Paylaşımda həlak olanlar qəhrəmanlar kimi anılır və onların xatirəsi yad edilir.

Xatırladaq ki, 20 il bundan əvvəl, 2001-ci ilin sentyabrın 11-də 20-ə yaxın intiharçı terrorçu dörd sərnişin təyyarəsini ələ keçirirək terror aktları törədiblər.Bu hücum nəticəsində 3 minədək insan həlak olub.

Qaçırılmış təyyarələrdən ikisi Nyu Yorkdakı o vaxt dünyada ən hündür tikili sayılan Dünya Ticarət Mərkəzinin binalarına çırpılıb.Terrorçular üçüncü təyyarəni Vaşinqtonun ətrafında yerləşən Pentaqona doğru yönəltmişdilər.Qaçırılan dördüncü təyyarənin heyəti və sərnişinləri terrorçulara mane olmağa çalışıb və təyyarə Pensilvaniya yaxınlığında qəzaya uğrayıb.

Rusiya  sülhməramlı qüvvələrinin yeni komandanı  təqdim edilib  

General-mayor Mixail Kosobokov

Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokov Azərbaycan MN-də təqdim olunub

Azərbaycan Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran Rüstəm Muradov ilə görüşüb.

Bu barədə bugün, sentyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovla görüşüb:

“... Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.”

Açıqlamaya görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

DSK qiymətlərin 5 faiz artdığını deyir...

Yanacağın bahalaşması Bakı bazarlarında da qiymətləri dəyişir
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 4.8 faiz artıb.

Bu məlumatı bu gün, sentyabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) yayıb.

DSK-nın məlumatında vurğulanır ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5.4, qeyri-ərzaq məhsulları, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4.2 faiz bahalaşıb.

Qurumun məlumatına görə, avqustda isə inflyasiya cəmi 0.5 faiz olub.

"İnflyasiya ikirəqəmli olub"

Amma bəzi müstəqil iqtisadçılar DSK-nın açıqlamasına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, gerçəkdə inflyasiya ikirəqəmli olub.

Onlar xatırladıblar ki, bu il kommunal xidmətlər bəzi sahələrdə 25 faizdən 100 faizə qədər bahalaşıb. Üstəlik, benzinin, dizelin də qiymətləri artıb. İqtisadçılar habelə vurğulayırlar ki, həm yanacağın qiymətinin, həm də kommunal xərclərin artması inflyasiyaya təsir edən ciddi amillərdir.

2254  gündəlik yoluxma aşkarlanıb, 38 ölüm 

Sentyabrın 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2254 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3 655 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan sentyabrın 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 452 min 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 min 224-ü sağalıb, 5994-ü vəfat edib, aktiv xəstə sayı 49 min 318-ə yüksəlib .

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 14 min 753, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 608 min 573 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Cəbhəçinin 'kars'a salındığı deyilir

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində fiziki təzyiqə məruz qalaraq cərimə kamerasına salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatından məlumat verilib.

Məlumata görə, Z.Salayevə dünən, sentyabrın 8-də əfv ərizəsinə qol çəkmək təklif edilib: "Verilən məlumata görə, imtina edəndə isə ona deyiblər ki, israr etsə, həbs müddəti bitənədək "kars"da (cərimə kamerası) saxlanılacaq. Sonra isə fiziki təzyiqə məruz qaldığı və cərimə kamerasına salındığı bildirilir".

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma bu xidmətdən, bir qayda olaraq, bildirilir ki, məhbuslarla qanun çərçivəsində davranılır.

Xatırlatma

Z.Salayev 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. Hökm aprelin 20-si Salyan rayon Məhkəməsində çıxarılıb. O, Salyan rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib. Bir müddət öncə Z.Salayev sosial şəbəkədə video yayaraq H.Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra H.Əzizov Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Z.Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polis kapitanının şikayətini təmin edib.

2557 gündəlik yoluxma aşkarlanıb, 39 ölüm

Koronavirusun yeni MU ştammı nədir?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 557 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 3 min 592 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan sentyabrın 8-də verilən məlumata görə, koronavirusla bağlı analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib.

Qərargahdan vurğulandığına görə, indiyədək Azərbaycanda ümumilikdə 450 min 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 min 569-u sağalıb, 5 min 959-u vəfat edib, aktiv xəstə sayı 50 min 754-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Keçmiş başçı həbsdə ölüb

N.Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Ağstafa rayon keçmiş icra başçısı Nizaməddin Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətin məlumatına görə, N.Quliyev sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib: "Son günlər Nizaməddin Quliyevin bədən hərarətinin 37.1-37.4C olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə, profilaktik müalicə alıb".

Qeyd olunub ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib: "O, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib. Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib".

N.Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilib. Rüşvət və başqa cinayətlərdə ittiham edilib. Bu il Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə ona 9 il həbs cəzası verilib. Keçmiş başçının hökmlə razı olmadığı bildirilirdi.

Xaricidə silahlı dəstəyə qoşulmaqda günahlandırılanlar var

DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 8-də məlumat yayıb ki, qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşları həbs olunub.

Xidmətin açıqlamasında onlar xarici dövlətin (ölkənin adı çəkilmir) ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda günahlandırılırlar: "...1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib".

Məlumatda onların 2011-ci ildə ölkəni tərk etdikləri vurğulanır: "...Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

İddiaya görə, adları qeyd olunan şəxslər istintaq zamanı cinayəti etiraf ediblər. Amma bu məlumatı onlardan və vəkillərindən dəqiqləşdirmək, hələlik, mümkün olmayıb.

Məktəblər bu tarixdə açılacaq

E.Əmrullayev

"Azərbaycan təhsili ənənəvi formaya qayıdır". Bunu bu gün, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 2020-ci ilin martından Azərbaycan təhsili də COVID pandemiyası ilə üz-üzə qalıb: "Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi formaya qayıdır".

Sentyabrın 22-dən…

Amma o qeyd edib ki, ənənəvi təhsil mərhələlərlə təşkil olunacaq. 1-4-cü siniflər sentyabrın 22-dən, 5-11-ci siniflər və ali məktəblər isə sentyabrın 29-dan ənənəvi təhsilə başlayacaq.

Azərbaycanda yeni tədris ili, əslində, sentyabrın 15-də başlamalı idi.

Azərbaycanda koronavirusla bağlı ötən il martın 3-dən məktəblərdə ənənəvi tədris dayandırılıb. Ondan sonra ötən tədris ilinin sonuna (bu il iyunun 15-i) kimi dərslər qarışıq sistemdə (onlayn və ənənəvi qaydada) keçirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 7-nə kimi ümumilikdə 445 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 879-nun vəfat etdiyi bildirilib.

'TurAz Şahini' təlimi keçirilir

"TurAz Şahini – 2021" birgə taktiki-uçuş təlimləri

Sentyabrın 6-da Türkiyənin Konya şəhərində bu ölkə və Azərbaycanın "TurAz Şahini – 2021" birgə taktiki-uçuş təlimləri başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz uçuşlar həyata keçiriblər: "Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib".

Azərbaycan hərbi təyyarəçiləri təlimə SU-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

İki ölkə arasında hərbi təyyarəçilərin təlimi son dönəmlər hər il keçirilməkdədir.

Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Laçında birgə təlim

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb. Bu barədə bu gün, sentyabrın 6-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə taktiki təlim başlayıb: "Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib".

Açıqlamaya görə, təlimdə müasir hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Azərbaycanla Türkiyə arasında tez-tez hərbi təlimlər keçirilir. Amma birinci dəfədir ki, belə təlim Azərbaycanın işğaldan azad edilən ərazisində baş tutur.

Təlimin nə vaxt başa çatacağı, hələlik, açıqlanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. (Laçın rayonu daxil. Amma Laçın rayonunda dəhliz yaradıldığından və orada Rusiya hərbiçiləri yerləşdiyindən rayon mərkəzi Azərbaycanın faktiki nəzarətinə keçməyib) Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il tələbə adı qazananların sayı artıb

Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Bu il Azərbaycanda tələbə adı qazananların sayı artıb.

Dövlət İmtahan Mərkəzi (DM) sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Bu gün, sentyabrın 6-da isə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.

"Müsabiqənin nəticələrinə əsasən, 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib",-qurum qeyd edib.

Dövlət sifarişi ilə oxuyanların da sayında artım var

DİM bildirir ki, qeyd olunan rəqəmlər ötən ilin eyni məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə edilsə, bu il tələbə adını qazananların sayının daha da artdığı bəlli olacaq: "Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1057 nəfər çoxdur. Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur".

Sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilərin bir qədər də yüksələcəyi gözlənir: "I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb".

Qurum xatırladır ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 7-dən 20-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər: "Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək".

Xatırlatma

Son illər Azərbaycanda ali məktəblərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələ buraxılış (maksimum 300 bal), ikinci mərhələ isə ( maksimum 400 bal) qəbul imtahanından ibarətdir. Yaxın illərə qədər ali məktəblərdə ödənişli yerlər təqribən 70 faiz təşkil edirdi. Amma son illər bir sıra tənqidlərdən sonra dövlət sifarişi ilə təhsilin faizi bir qədər artıb.

Azərbaycan Şuşa istiqamətində təxribatla üzləşdiyini deyir

Şuşanın girəcəyində Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsi. Foto arxiv

Azərbaycan Şuşa istiqamətində təxribat törədildiyini deyir.

Bununla bağlı bu gün, sentyabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri Şuşa istiqamətində Azərbaycanın bölmələrindən birinin mövqeyini intensiv atəşə tutub.

Vurğulandığına görə, Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib, insident başa çatıb: "Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb…".

+++

Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın Şuşa ətrafındakı mövqeyinin vurulması ilə bağlı xəbəri təkzib edib. Xəbəri rejimin "müdafiə nazirliyi" yayıb.

"Artsax (Qarabağ) Müdafiə Ordusunun bölmələri atəşkəs rejiminə ciddi əməl edir, yalnız düşmənin provokasiyasının qarşısını almaq üçün cavab addımları atırlar", – məlumatda deyilir.

Son aylar istər Qarabağda, istərsə də Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Tərəflər buna görə, bir qayda olaraq, bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da vurğulanıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Üstəlik, Azərbaycanın Ağdam şəhərində atəşkəsi izləmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Azərbaycan Ermənistanı separatçılığı qızışdırmaqda günahlandırır

Azərbaycan XİN

Açıqlamada Ermənistan Baş naziri və həmin ölkənin Xarici İşlər Nazirliyinin sentyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatları  pislənir

Bugün, sentyabrın 2-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Ermənistan Baş naziri və həmin ölkənin Xarici İşlər Nazirliyinin sentyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını pisləyirlər.

Vurğulanır ki, Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək: “Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir”

Qeyd edilir ki, öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci il dekabrın 10-da Qarabağda separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı və bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmirlər:

“Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu faktının üzərindən də erməni rəsmiləri susqunluqla keçirlər”.

Qurum hesab edir ki, təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük müharibə nəticəsində beynəlxalq ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib:

“Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır.”

Açıqlamanın sonunda vurğulanır ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın heç bir perspektivi yoxdur.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Azərbaycan və Türkiyə birgə təlim-məşqlərə başlayıb

Təlim

Bu gün, sentyabrın 2-də Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb: "Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək".

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam etməlidir.

Bu il sentyabrın 6-dan 17-nə kimi isə Türkiyədə "TurAz Şahini – 2021" təlimləri keçiriləcək. Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti də Konya şəhərində keçiriləcək bu təlimlərdə iştirak edəcək.

Ermənistan əsgərinin öldüyünü deyir, Azərbaycan təkzib edir

Azərbaycan-Ermənistan sərhədində (Arxiv fotosu)

Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, Azərbaycan silahlı qüvvələri  Ermənistan-Azərbaycan sərhədində, Ararat bölgəsində yerləşən mövqelərinə  atəş açıb

Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, bu gün - sentyabrın 1-də Azərbaycan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədində, Ararat bölgəsində, xüsusən də Yerasx ərazisində yerləşən mövqelərinə atəş açıb.

Nəticədə bir hərbçinin həlak olduğu vurğulanır. Nazirliyin məlumatına görə 39 yaşlı kiçik çavuş məhz güllədən ölümcül yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin hərəkətlərini qəti şəkildə qınadıqlarını və cavabsız qalmayacağını bildirib.

"Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" – deyə nazirlik qeyd edib.

Rəsmi Yerevan iddia edir ki, ötənilki Qarabağ müharibəsindən sonra bu, Azərbaycan atəşi ilə öldürülən onuncu əsgərdir.

Azərbaycan təkzib edir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə bu məlumatı təkzib edib.

Nazirlik vurğulayıb ki, son vaxtlar Ermənistan nümayəndələri Azərbaycan ordusunun hərbi qulluqçularının atəşkəsi pozması, meşə yanğınlarının törədilməsi, malqara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar:

“Bildiririk ki, bugün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bugün məlumatda göstərilən istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb.”

Nazirlik əlavə edir ki, Ermənistan ordusunda baş verən cinayətlər orada hökm sürən nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan ordusu ilə heç bir əlaqəsi yoxdur

Son aylar istər Qarabağda, istərsə də Azərbaycan Ermənistan sərhəddində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir.

Tərəflər baş verənlərə görə, bir-birlərini qınayırlar. Hətta, bu zaman ölən və yaralananların olduğu da vurğulanır.

Lavrov: Həmin erməni hərbçilər atəşkəs bəyannaməsindən sonra saxlanıblar
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xəzərə lay suları axıdılıb

Tualetdən birbaşa Xəzərə: 'Heç kəsin vecinə deyil'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Xəzərə lay suları axıdılıb. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin uyğun qurumlarının araşdırması nəticəsində müəyyən edilib.

Hələ ötən həftə Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı "Azneft" İstehsalat Birliyinin Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) işlədiyi dəniz sahəsinin səthində çirkli suların görüntülərini yaymışdı. Bundan sonra nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları vəziyyəti yerində araşdırıb.

"Turan" agentliyinin sorğusuna cavab olaraq Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, mütəxəssislər "Azneft" İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisində keçirilən monitorinq zamanı dənizin səthində neft ləkələrinin olduğunu müşahidə ediblər: "Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan Qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib. Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub".

N.Mahmudov bildirib ki, texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi 2 min 500 manat məbləğində cərimə edilib. Onun sözlərinə görə, bütün sistemin yenidən yoxlanılması və lay sularının düzgün idarə olunması üçün idarəyə müvafiq tapşırıqlar verilib.

Məsələyə, hələlik, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Azneft" İstehsalat Birliyindən münasibət almaq mümkün olmayıb.

SOCAR-ın "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quruda, 14-ü isə Xəzər dənizində yerləşir.

Azərbaycanda bəzi məhdudiyyətlər qüvvəyə mindi

Sentyabrın 1-dən koronavirusla bağlı yeni məhdudiyyətlər başlanır
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Bu gün, sentyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər qüvvəyə minib.

Bu, Nazirlər Kabinetinin iyulun 26-da "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda dəyişiklik edilməsi haqqında qərarında öz əksini tapıb. Artıq dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının ən azı 80 faizinin birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Habelə, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.

Eyni zamanda, sentyabrın 1-dən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu ilə buraxılacaqlar.

Üstəlik, toya gedən hər kəsdən də COVID pasportunun tələb olunmasına dair qərar da qüvvəyə minib. Halbuki, sentyabrın 1-nə qədər yalnız 50 nəfərdən çox iştirakçısı olan toy şənliklərində bu tələb qüvvədə idi.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martın 24-dən xüsusi karantin rejimi hökm sürür. Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilib və ya yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 1-nə kimi ümumilikdə 424 min 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 636-sının vəfat etdiyi bildirilib.

Nazir rusiyalı həmsədri qəbul edib

C.Bayramov İ.Xovayevi qəbul edir

Avqustun 30-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, C.Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.

Bildirilir ki, İ.Xovayev də, öz növbəsində, cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib: "Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət,… işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması…barədə məlumat verib".

Məlumata görə, tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

ATƏT-in Minsk qrupu 20 ildən çox Dağlıq Qarabağ münaqişəsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumun həmsədrləridir. ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri bu ilin iyulunda dəyişib.

Kavano: Münaqişənin bitdiyini demək doğru deyil
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

İqor Xovayev kimdir

İqor Xovayev bu vəzifədə İqor Popovu əvəz edib. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59-yaşlı İ.Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.

İ.Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Şuşada Vaqif Poeziya Günləri keçirilir

Şuşa

Bu gün, avqustun 30-da ötən il işğaldan azad edilən Şuşa şəhərində Vaqif Poeziya Günləri təşkil olunub. Tədbirin iki gün davam edəcəyi gözlənir.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlət başçısı açılış mərasimində çıxış edib.

Sonra İ.Əliyev və M.Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir" və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.

Şair, ictimai xadim Molla Pənah Vaqif 1717-ci ildə doğulub, 179 7-ci ildə vəfat edib.

1982-ci ildən 1992-ci ilə (Şuşa şəhəri işğal edilənə qədər) hər ilin avqustunda bu şəhərdə Vaqif Poeziya Günləri keçirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İtkinlər günüdür

İtkin düşmüş hərbçinin qardaşı: "İnsan üçün ən ağrılı əzizini meyitlərin içindən axtarmaqdır."
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Bu il avqustun 1-nə olan məlumata əsasən, Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən 3 min 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün, avqustun 30-da bildirib.

"Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir", - o vurğulayıb.

Komissiyanın məlumatında görə, onlardan 3 min 171 nəfər hərbi qulluqçu, 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca) isə mülkü şəxsdir.

Komissiyadan habelə bildirilir ki, bu vaxta qədər 378 hərbçi, 1 min 102 mülkü şəxs əsir və girovluqdan azad edilib.

İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Müdafiə Nazirliyi 7 hərbi qulluqçusunun itkin sayıldığını açıqlayıb.

30 avqust dünyada Beynəlxalq İtkinlər günü kimi qeyd olunur. Bu təqvimi 2010-cu il dekabrın 21-də BMT-nin Baş Assambleyası təsis edib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Daşkəsən sakini minaya düşüb

Mina axtaranlar

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşüb.
Hadisənin rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alındığı bildirilir.

APA agentliyinin xəbərinə görə, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev ərazidə qoyun otaran zaman atı sərhədi keçib, O, atını gətirən zaman minaya düşüb.

Ş. Tağıyevin xəstəxanaya yerləşdirildiyi, sağ ayağının topuqdan amputasiya edildiyi bildirilir. Onun vəziyyətinin ağır olduğu deyilir.

Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində də tez-tez minaya düşmə hallarının olduğu bildirilir. Rəsmi qurumların açıqlamasına görə, ötən il noyabrın 10-da imzalanan üçtərəfli sazişdən bəri işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən 25 nəfərə qədər adam həlak olub, 100-dən çox adam isə müxtəlif dərəcədə xəsarətlər alıb.

Rəsmilər son vaxtlara qədər habelə qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma son aylar Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin alındığı deyilirdi.

Lakin Prezident İlham Əliyev bu yaxınlarda çıxışlarının birində deyib ki, həmin xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Prezident Şuşada bəzi açlışlar edib

İlham Əliyev, yenidən Şuşaya qaytarılıb bərpa edilən Üzeyr Hcıbəylinin büstünün açılışını edir, (sağda yoldaşı Mehriban Əliyeva və qızı Leyla Əliyeva) Şuşa, 14 yanvar 2021

Avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Şuşa şəhərində olub. O, şəhərdə yenidən bərpa və təmir olunan bəzi obektlərin açılışını edib. Bundan başqa bir sıra yeni tikilinin təməlini qoyub.

Şəhərdə yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin və Azərbaycan şairi, ictimai-xadimi Molla Pənah Vaqifin( 1717- 179 7) muzey-məqbərə kompleksinin təmir-bərpadan sonra açılışı olub.

Azərtac-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışlarda iştirak ediblər. Onlar daha sonar da Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (1885-1948) heykəlinin açılış mərasiminə qatılıblar.

Prezident habelə, Şuşada bəzi ictimai və yaşayış binasının təməlini qoyub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

MN: Hərbi qulluqçu bədbəxt hadisə nəticəsində həlak olub 

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi əsgər Çingiz Hacıyevin bədbəxt hadisə nəticəsində həlak olduğunu bildirir. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində həmin hərbi qulluqçuunun atəşkəsin pozulması ilə bağlı həlak olduğunu açıqlamışdılar.

Müdafiə Nazirliyindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, əsgər Çingiz Həziyev xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub:

“İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır”.

Hazırda faktla bağlı cinayət işi başlandığı, araşdırma aparıldığı bildirilir.

Bu məlumata, hələlik, əsgərin doğmalarından münasibət öyrənmək mümkün olmayıb.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son aylar həm Qarabağda Şuşa ətrafında, həm də iki ölkənin sərhəddində atəşkəsin tez-tez pozulduğu deyilirdi.

4203 gündəlik yoluxma aşkarlanıb, 35 ölüm

'COVID pasportu əməlli-başlı biznesə çevrilib'
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 min 203 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1 min 724 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 27-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər də vəfat edib.

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 min 864-ü sağalıb, 5 min 469–u vəfat edib, aktiv xəstə sayı 49 min 412-yə yüksəlib.

Vaksin olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 min 220 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 691, ikinci mərhələ üzrə isə 29 min 529 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı da 6 milyon 493 min 757 təşkil edib. Bunun 3 milyon 929 min 404-ü birinci, 2 milyon 564 min 353 -ü isə ikinci mərhələnin payına düşür.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Davamı

XS
SM
MD
LG