Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Azərbaycan 10 istəyir, amma 5-dən çox vermirlər


Vüqar Bayramov
Vüqar Bayramov

►"Yüksək faiz istəyirsənsə, danışıqları sürətləndirməlisən"

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə aparılan kənd təsərrüfatı müzakirələrinin bəzi detallarını açıqlayıb.

APA-nın məlumatına görə, nazir müavini deyib ki, təşkilata 2013-2015-ci illəri əhatələyən yeni cədvəl təqdim edilib: “Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir”.

Rəngli zənbillər

M.Məmmədquliyev danışıqların əsasını təşkil edən subsidiyaların həddi ilə bağlı da danışıb.

Onun sözlərinə görə, Azərbaycanın istəyi illik kənd təsərrüfatı məhsul istehsalının 10 faizi həcmindədir: “ÜTT yalnız 5 faizinə razıdır. Qazaxıstana isə onlar 8,5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkidlə davam edəcəyik”.

ÜTT qaydalarında kənd təsərrüfatına ayrılan subsidiyalar “zənbillər” kimi qruplaşdırılır. Bu zənbillər yaşıl (subsidiyalara icazə verilir), sarı (subsidiyalar limitləşdirilir) və qırmızı (subsidiyalar qadağan edilir) rənglərlə “boyadılıb”.

Sarı zənbil

Bu zənbildə aqrar sektora subsidiyalar həyata keçirilir, ancaq bununla belə, burada məhdudiyyətlər tətbiq edilir. Buraya daxili istehsal subsidiyaları aiddir. Həmin subsidiyalar inkişaf etməkdə olan ölkələr üçün illik kənd təsərrüfatı məhsul istehsalının 10 faizi həcmindədir. Həmin rəqəm inkişaf etmiş ölkələrə 5 faizədək düşür.

İndi Azərbaycanın istəyi odur ki, təşkilata inkişaf etməkdə olan ölkə kimi daxil olsun? Bu, mümkün olacaqmı?

Buna da bax-Azərbaycanın ÜTT-yə üzvlüyü niyə ləngiyir?

“Hazırda 15 faiz həcmindədir”

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, hazırda aqrar sektora yönəldilən subsidiyaların həcmi bu sektorda istehsal olunan məhsulun ümumi dəyərinin təxminən 15 faizi həcmindədir:​

“Aqrar subsidiyalara müəyyənləşdirilən maksimum hədd və ya divar birbaşa ölkənin statusu ilə bağlıdır. Əgər Azərbaycan inkişaf etməkdə olan ölkə statusu ilə ÜTT-yə daxil ola bilsə, o zaman 10 faizlik limiti əldə edə bilər. İnkişaf etmiş ölkələr üçün bu limit 5 faizdir”.

“8 faizlik limit götürülüb…”

Ekspertin sözlərinə görə, son qiymətləndirmələr göstərir ki, bu məsələdə ortaq mövqenin tapılması mümkündür:

“Belə ki, 8 faizlik limit götürülüb, onun mərhələli şəkildə müəyyən illərdən sonra 5 faizədək endirilməsi imkanları var”.

V.Bayramova görə, yüksək subsidiya limiti əldə etməkdən ötrü danışıqların sürətlənməsinə ehtiyac var:

“Əgər ölkəmiz ÜTT-yə üzvlüklə bağlı yol xəritəsi təqdim edərsə, o zaman, təşkilatın bu məsələdə güzəştə getməsi mümkündür”.

Azərbaycanın ÜTT-yə üzvlüyünə dair danışıqlar 1997-ci ildən gedir. Amma bu 19 illik danışıqlarda, hələlik, real nəticə əldə edilməyib. Bəzi ekspertlərin fikrincə, əslində hakimiyyət bu quruma üzvlükdə bir elə maraqlı deyil. Çünki bu üzvlük ilk növbədə korrupsiya və inhisarın aradan qaldırılmasını tələb edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG