Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:08

Qiyamçıların Hələbdən çıxarılmasına başlanıb


Hələbdə insanlıq dramından son görüntülər
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Hələbdə insanlıq dramından son görüntülər

Hələbin şərqində qiyamçıların evakuasiyasına başlayıblar. Bu haqda Suriya hökuməti məlumat yayıb. Qiyamçılar da məlumatı təsdiqləsələr də, yalnız yaralıların çıxarılmasına icazə verildiyini deyirlər.

Müxalifətçilərin şəhərdən çıxarılmasıyla bağlı razılaşmaya görə, dünən—dekabrın 14-də Hələbdə atəşkəs elan olunmalı idi. Ancaq atəşkəs pozuldu. Suriyanın müttəfiqi olan Rusiya buna görə qiyamçıları, Qərb, eləcə də Türkiyə isə Suriya ordusunu günahlandırır.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavusoğlu deyib ki, dekabrın 27-də Rusiya, Türkiyə və İranın liderləri Moskvaya toplanıb, Suriyada atəşkəs məsələsini, problemin siyasi həlli yollarını müzakirə edəcəklər.

Suriyanın Hələb şəhəri 4 il idi ki, qiyamçıların nəzarətində idi. Suriya və müttəfiqi Rusiyanın ordusu son aylar şəhərə havadan və qurudan hücum edərək, qiyamçıları qovmağa nail oldu. Qırmızı Xaç Komitəsinin məlumatına görə, əhalinin evakuasiyasına imkan vermək məqsədilə hazırda şəhərin çox kiçik hissəsini qiyamçıların əlində saxlayıblar.

XS
SM
MD
LG