Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:04

İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılır, amma...


Foto illüstrasiya

Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlarının dövriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

«Trend»in xəbərinə görə, nazir müavini qeyd edib ki, bu qaydalar artıq müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma mərhələsindədir və yaxın zamanlarda hökumətə təqdim olunacaq.

Onun deməsinə görə, nazirlik ölkə ərazisində istifadə olunmayan torpaqların müəyyən olunmasından ötrü monitorinqlər keçirir. «Bu cür torpaqların aşkar olunması və dövriyyəyə qaytarılması Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb. Bununla belə, Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlar barədə məlumatı kənd təsərrüfatı idarələrindən əldə edir və hökumətə çatdırır. Daha sonra bu torpaqların dövriyyəyə qaytarılması üçün tədbirlər görülür», - S.Talıbov deyib.

Bu il istifadə edilməyən kənd təsərrüfatı torpaqlarına görə cərimələrin miqdarı da artırılıb. Ancaq ekspertlər bildirirlər ki, bu prosesin gedişində kənd təsərrüfatı torpaqlarından daha səmərəli istifadə etmək adı ilə monopoliyalar gücləndirilir. Nəticədə torpaqlar bir-iki əldə cəmləşdirilir. Bu isə azad rəqabətin yaranmasına əlavə maneələrdir.

XS
SM
MD
LG