Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:12

İtaliyanın baş naziri istefa verdi


Matteo Renzi

İtaliyanın baş naziri Matteo Renzi istefasını dövlət başçısına təqdim edib. Nazir dekabrın 4-də keçirilən referendumda uduzandan sonra, söz verdiyi kimi, istefaya getdiyini elan etmişdi. Prezident ondan bu işi bir qədər ertələməsini, büdcənin təsdiqini gözləməsini xahiş etdiyindən istefa məsələsi yubandı.

Dünən—dekabrın 7-də İtaliya Senatı ölkənin 2017-ci il büdcəsini təsdiqləyib. Prezident Sergio Mattarella M.Renzi-dən «nəzarətçi rolu»nu özündə saxlamağı xahiş edərək, yeni hökumətin formalaşdırılması yönündə məsləhətləşmələrə başlayıb. Bu gün—dekabrın 8-də prezidentin ölkənin siyasi partiya liderləriylə görüşləri olacaq.

Referenduma qatılan italyanların baş nazirin təkliflərinə «yox» deməsi İtaliya iqtisadiyyatına mənfi təsir edib. Ekspertlər ölkədəki qeyri-stabilliyin bank sektoruna da zərbə vuracağından, AB əleyhinə olan partiyaları fəallaşdıracağından narahatdırlar.

XS
SM
MD
LG