Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:59

Azərbaycanın xaricdəki bir neçə səfirliyi bağlanacaq?


Azərbaycan Xarici İşlər nazirliyi

“Gələn il Xarici İşlər nazirliyinə 220 milyon manat vəsait ayrılıb. Bu vəsait kifayət qədər azdır”.

Modern.az saytının xəbərinə görə, bu sözləri deputat Fəzail Ağamalı dekabrın 6-da parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.

F.Ağamalı maliyyə çatışmazlığına görə xaricdəki bir neçə Azərbaycan səfirliyinin bağlanılmasının gözlənildiyini qeyd edib.

Buna da bax:​ 'Amerika Azərbaycanda xarici investisiyaların 80 faizini təşkil edir'

“Maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”, deyə deputat sual edib.

Dekabrın 6-da parlamentdə 2017-ci il dövlət büdcəsinə daxil olan qanunlar paketinin müzakirəsi başlayıb.

Buna da bax: Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'

Deputatlar üç gün ərzində "2017-ci il dövlət büdcəsi haqqında"; "2017-ci il üçün ehtiyac meyarları haqqında"; "2017-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında" qanuna layihələrini, Parlamentin və Hesablama Palatasının xərclər smetasını müzakirə edəcəklər.

Dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Buna da bax:​ Ehtiyac meyarı 11 manat artırılacaq

Parlamentin spikeri Oqtay Əsədov müzakirələrdə bildirib ki, problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyub. Gələn il iqtisadiyyatın real inkişafı proqnozlaşdırılır.

Buna da bax:

Maliyyə naziri işıq və qazın niyə bahalandığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

XS
SM
MD
LG