Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

«Tarif Şurasının 2 gün əvvəl qəbul etdiyi qərarla bir sıra enerji məhsulları üzrə yeni tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar 2017-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulmuş gəlirlər üzrə daxilolmaların artacağı proqnozlaşdırılır».

APA-nın xəbərinə görə, bunu noyabrın 30-u Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, həmin artımın əhəmiyyətli hissəsi prezident İlham Əliyevin tapşırığına uyğun əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək.

S.Şərifov qeyd edib ki, büdcə və ehtiyac meyarı haqqında qanunlara dəyişiklik nəzərdə tutulur. Onun deməsinə görə, 2017-ci ildə ehtiyac meyarı həddinin 10.5 faiz artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur.

Noyabrın 28-də Tarif Şurasının qərarı ilə enerjidaşıyıcıların və bəzi dərmanların qiyməti qaldırılıb. Həmin qərara görə, illik istehlak həcmi 1500 kubmetrdən çox olan istehlakçılar iki qat qaz pulu ödəyəcəklər. Aylıq istehlak həcmi 250 kilovat/saatdan çox olan şəxslər isə elektrikə görə əvvəlki həddin yarısından da çox əlavə pul ödəməlidirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG