Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:54

Azərbaycan TAP-a ABŞ-dan dəstək gözləyir


TAP-ın tikintisi

«TAP-la əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmamasından ötrü Məşvərət Şurasının üçüncü iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunması, siyasi dəstək nümayiş etdirməsi vacibdir».

Dekabrın 6-da ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun enerji diplomatiyası ofisinin direktoru William Silkworth-u qəbul edən energetika naziri Natiq Əliyev belə deyib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta-nın da iştirak etdiyi görüşdə İtaliyada keçirilmiş referendumun Azərbaycan qazını bu ölkəyə nəql edəcək TAP (Trans-Adriatik qaz kəməri) layihəsinin icrasına mümkün təsirləri də müzakirə olunub.

N.Əliyev TANAP (Trans Anadolu qaz kəməri) layihələri üzrə işlərin icra vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib.

Nazirliyin məlumatında bildirilir ki, Amerika nümayəndə heyəti OPEC-in növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb.

N.Əliyev OPEC-in apardığı məsləhətləşmələrə dəstəyini ifadə edib. O, Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin dekabrın 10-da Vyanada keçiriləcək növbəti görüşünü mühüm hesab edərək, iştiraka qərar verdiyini deyib.

TAP və TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissələridir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Multimedia

XS
SM
MD
LG