Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Ləğv olunan banklarla bağlı qanuna yeni dəyişikliklər gözlənilir


Zaminbank

Zaminbank

Ölkə parlamenti “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər etməyə hazırlaşır.

APA-nın xəbərinə görə, qanun layihəsi ləğv olunan banklara təyin olunan müvəqqəti inzibatçıların hüquq və vəzifələri ilə bağlıdır.

Təkliflərdə nəzərdə tutulur ki, təyin olunan müvəqqəti inzibatçı bankın bağladığı müqavilələrin şərtlərinin ədalətsiz və ya maliyyə təşkilatının xeyrinə olmadığını müəyyənləşdirdiyi təqdirdə onları etibarsız elan edə biləcək.

Buna da bax:​ Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Layihədə qeyd olunur ki, müvəqqəti inzibatçı 45 gün ərzində son 2 ildə bağlanmış müqavilələrə münasibətdə onları etibarsız saya bilər. Müvəqqəti inzibatçı həmçinin, etibarsız saydığı müqavilələr əsasında əldən çıxmış aktivlərin geri qaytarılması, banka dəyən zərərin ödənilməsindən ötrü tədbirlər də görəcək.

Müqavilələr bankın əmlakının aşağı şərtlərlə özgəninkiləşdirilməsi, istifadəsi, müştərilərə qeyri-adi güzəştlərin verilməsi və bank aktivlərinin ələ keçirilməsi ilə bağlı olduqda etibarsız hesab ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG