Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Xarici dildə reklama icazə


Avtobusda reklam

Azərbaycanda reklam qurğularında və materiallarında dövlət dilindən başqa digər dillərdən də istifadəyə icazə verilə bilər. Bununla bağlı şərtlər müəyyənləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, «Azərbaycan Respublikasının dövlət dili haqqında» Qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, sifarişçinin tələbinə əsasən reklamın mətnində Azərbaycanın dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməlidir. Üstəlik, dövlət dilində olan mətnin tutduğu yerdən kiçik və reklamın yerləşdiyi ümumi sahənin 1/3-inə qədər olmamalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.

Multimedia

XS
SM
MD
LG