Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:02

Moskva Gürcüstan-NATO təlimlərini təhlükə sayır


Foto arxiv

“Gürcüstanla NATO-nun keçirdiyi növbəti hərbi təlimlər regionda sülh və sabitliyə təhlükədir”.

Rusiya xarici işlər nazirliyinin noyabrın 15-də yaydığı bəyanatda belə deyilir.

Bu təlim məşqlərində 13 ölkədən 250-dən çox hərbçi iştirak edir.

Bəyanatda qeyd edilir ki, NATO Tbilisi ilə indiki hərbi tərəfdaşlığa, Rusiyanın dayandırılması siyasətinin tərkibi kimi baxır və bunu gizlətmir.

Nazirlik bildirib ki, Gürcüstanın indiki rolu, Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş müsbət prosesi çətinləşdirir.

Qeyd edək ki, NATO özünün şərq cinahını möhkəmləndirməkdə və Rusiyadan gələn mümkün təcavüzün qarşısını almaq üçün infrastruktur yaratmaqda davam edir.

XS
SM
MD
LG