Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 08:00

Trampın qələbəsindən sonra şoka düşən dünya bazarı dirçəlir


Foto arxiv

Foto arxiv

Dünya bazarı Donald Trampın (Donalad Trump) gözlənilməz qələbəsindən sonra yaranmış ilkin şokdan çıxmağa başlayıb.

Beynəlxalq birjalarda qiymətlər və ABŞ dolları noyabrın 9-da kəskin düşmüşdü.

Amma indi vəziyyət düzəlməyə başlayıb. Noyabrın 10-da ABŞ dolları və neftin qiyməti qalxıb.

Həmçinin Asiya bazarlarının əksəriyyəti dircəlməyə başlayıb.

Seçkiqabağı kampaniyalar zamanı azad ticarət razılaşmasına qarşı çıxan Tramp, Çin və Meksika kimi ölkələrdən gətirilən mallara vergi tətbiq edilməsini təklif edirdi.

O, həmçinin qanunsuz miqrantların qarşısını almaq üçün qonşu Meksika ilə sərhədə divar çəkəcəyini vəd edir və deyirdi ki, bunun pulunu Meksika hökuməti ödəməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG