Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:15

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə gedib.

Xəbəri MSK yayıb.

Xəbərə görə, səfər Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) prezidenti William Sweeney-in dəvətinə əsasən gerçəkləşib.

Səfər çərçivəsində M.Pənahovun IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulur. Seçki günü həmçinin, MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə edəcəyi planlaşdırılır.

Bundan başqa, M.Pənahovun noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti – 7-ci (GEO-7) konfransında da iştirak edəcəyi bildirilir.

Bu gün, noyabrın 8-də Bakı vaxtı ilə saat 15-də ABŞ-da 45-ci prezident seçkisi start götürəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG