Norveçdə çeçen ailəsinin 4 uşağı valideyinlərin əlindən alınıb.
Polis əməkdaşları vanna otağının pəncərəsindən içəri girərək heç bir izahat vermədən uşaqları aparıblar.
Uşaqlar övladsız Norveç ailələrinə verilib.
Uşaqların atasına polisdə deyilib ki, övladları onlarla sərt davranışa görə ailədən alınıb.
Qeyd edək ki, Norveçdə hüquqi standartlar çox yüksəkdir və bu ölkədə insan haqlarına dəqiq əməl olunur.
Əgər Norveçdə polis uşağı valideyindən alırlarsa, bunun qanun çərçivəsində edildiyinə heç bir şübhə qalmır.
Bu Norveçdə miqrant ailələri ilə baş verən ilk hadisə deyil.