Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 10:49

Türkiyədə daha 10 min adam işdən qovulub


Ədliyyə Nazirliyi

Türkiyədə çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatı çərçivəsində daha 10 min adamı vəzifəsindən azad ediblər. Qovulanların əksəriyyəti dövlət işçiləri—təhsil, səhiyyə və ədliyyə nazirliklərinin əməkdaşlarıdır.

Bundan başqa, çoxu kürdlərə məxsus 15 mətbuat orqanı bağlanıb.

Türkiyənin dövlət «Anadolu» agentliyinin verdiyi məlumata görə, qapadılan mətbuat orqanları Kürd Fəhlə Partiyasının (PKK) təbliğatını apardıqlarına görə cəzalanıblar.

Türkiyədə çevriliş cəhdi iyunda olub, o vaxtdan bəri hökumət 100 mindən çox adamı ya işdən azad edib, ya da həbsə atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG