Bakıda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yanğın başlayıb.
APA-nın xəbərinə görə, hadisə oktyabrın 10-u səhər saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində qeydə alınıb.
Bir-birinə bitişik iki yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.