Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 20-nə olan məzənnəsini açıqlayıb.
Rəsmi məzənnəyə görə sentyabrın 20-si bir dollar 1,6370 manata bərabər olacaq. Sentyabrın 17-si, 18-i və 19-da da elə bir dollar 1,6370 manata bərabər olmuşdu.
Sentyabrın 15-i və 16-da isə bir dollar 1,6375 manat idi.
Son günlər manat dollara nisbətən cüzi dəyər qazanıb. Halbuki, axır 3 ayda manat tədricən dəyər itirmişdi. Son valyuta hərraclarına daha çox dollar çıxarılır.