Qusarın Suvacal kəndində yaşayan Şahlar Fərzəliyev 20 ildən artıqdır ki, kərpic kəsməklə məşğuldur. Ailə qurduqdan sonra öz evini özünün kəsdiyi kərpiclə tikir. Əvvəllər 300-400 kərpic kəsməyə gücü çatırdısa indi 100-200 kərpic kəsir. Kəsdiyi kərpici isə 30 qəpiyə satırdı. Son zamanlar baş vermiş devalivasiya Şahlar kişinin işinə də təsirsiz ötüşməyib. Hazırda kəsdiyi kərpici 15-20 qəpiyə satmağa başlayıb. Bir maşından 250-300 kərpic hazırlamaq mümkündür. Sonda hazırlanan kərpiclər 2-3 gün müddətində günəşin altında qalaraq qurumalıdır. Dolanışığı çətin olsa da Şahlar kişi ümid edir ki, kərpicin qiyməti yenidən qalxacaq və dolanışı düzələcək.
Kərpic kəsən kişinin foto- dastanı
1
Qusarın Suvacal kəndinin bir hissəsinin görünüşü
2
Şahlar kişi deyir ki, 1 maşın torpaqdan 300 kərpic və 3 saman pressindən istifadə edir
3
Şahlar kişi kərpic hazırlamaq üçün araba ilə qara torpaq gətirib
4
Bir arabadan iki kərpic hazırlamaq mümkündür