Qusarın Suvacal kəndində yaşayan Şahlar Fərzəliyev 20 ildən artıqdır ki, kərpic kəsməklə məşğuldur. Ailə qurduqdan sonra öz evini özünün kəsdiyi kərpiclə tikir. Əvvəllər 300-400 kərpic kəsməyə gücü çatırdısa indi 100-200 kərpic kəsir. Kəsdiyi kərpici isə 30 qəpiyə satırdı. Son zamanlar baş vermiş devalivasiya Şahlar kişinin işinə də təsirsiz ötüşməyib. Hazırda kəsdiyi kərpici 15-20 qəpiyə satmağa başlayıb. Bir maşından 250-300 kərpic hazırlamaq mümkündür. Sonda hazırlanan kərpiclər 2-3 gün müddətində günəşin altında qalaraq qurumalıdır. Dolanışığı çətin olsa da Şahlar kişi ümid edir ki, kərpicin qiyməti yenidən qalxacaq və dolanışı düzələcək.
Kərpic kəsən kişinin foto- dastanı

5
Kərpic hazırlamaq üçün torpağı samanla qarışdırır

6
Şahlar kişi samanı əlinin içində ovaraq torpağa tökür ki, saman hər tərəfə yayılsın

7
Kərpicin keyfiyyətli olması üçün saman torpaqda tam qarışmalıdır

8
Günəşin altında işləmək çətin olsa da Şahlar kişi artıq buna öyrəşib