Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Xanlar Hacıyevi Avropa Məhkəməsində əvəz edəcək 3 namizəd


Avropa Məhkəməsi, Strasburq
Avropa Məhkəməsi, Strasburq

Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin yeni siyahısının Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibinə təqdim olunduğu bildirilir.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan üç namizəddən birinin seçilməsini istəyir.

Azərbaycan üç namizəddən birinin seçilməsini istəyir.

Xəbərdə qeyd edilir ki, namizədlər Bakı Apelyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılovAvropa Məhkəməsində iş təcrübəsi olan hüquqçu Lətif Hüseynovdur.

Siyahıya nə zaman baxılıb seçim ediləcəyi, hələlik, açıqlanmır.

Buna da bax:​ Azərbaycan öz namizədlərini verdi

Avropa Şurası Parlament Assambleyası artıq iki dəfə, Azərbaycanın hakimliyə namizəd siyahısını geri qaytarıb. AŞPA təcrübəsində başqa ölkələrin namizəd siyahısının geri qaytarılması təcrübəsi olub. 10 il bundan əvvəl Türkiyənin namizəd siyahısı geri qaytarılmışdı.

Avropa Şurası Parlament Assambleyası artıq iki dəfə, Azərbaycanın hakimliyə namizəd siyahısını geri qaytarıb.

Azərbaycanı Avropa Məhkəməsində hazırda Xanlar Hacıyev təmsil edir. Onun səlahiyyəti, hələ, 2015-ci ilin oktyabrında başa çatmışdı. O zaman AŞPA təqdim edilən namizəd siyahısını geri qaytarmışdı.

Həmin siyahıda Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovun, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışovanın adları var idi .

Buna da bax:​ Azərbaycan göndərir, Avropa qaytarır

Azərbaycan bu ilin yanvarında ikinci dəfə siyahı təqdim etmişdi. Yenə də Çingiz Əsgərovun namizədliyi irəli sürülmüşdü. Bu dəfə ondan əlavə Bakı Apelyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyeva hakimliyə təklif edilirdi. AŞPA-nın Alt Komitəsi ikinci dəfə də siyahını rədd etmişdi.

Avropa Məhkəməsinin hakimləri seçilərkən namizədlərin təcrübə, qabiliyyət və bilik səviyyəsinə görə bərabər imkanlara malik olması kimi meyarların nəzərə alındığı bildirilir.

XS
SM
MD
LG