Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

-

Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) təmsil edəcək hakimliyə namizədlərin yeni siyahısı Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) təqdim edilib. Hökumət Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyevanın, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın AİHM-dəki daimi nümayəndəsi Çingiz Əsgərovun namizədliyini irəli sürüb. AŞPA siyahını qəbul edərsə, onlardan biri Azərbaycanın AİHM-dəki yeni hakimi olacaq. Bu haqda report.az xəbər yayıb.

Azərbaycan AİHM hakimliyinə namizədlərlə bağlı artıq ikinci dəfədir ki, siyahı təqdim edir. AŞPA ilk siyahını qəbul etməmişdi.

Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir. Cənab Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabr ayında başa çatsa da, AŞPA yeni namizəd seçilmədiyindən onun səlahiyyət müddətini bu ilin aprelinədək uzadıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG