Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

-

Avropa Şurası Parlament Assambleyası ötən həftə Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin siyahısını növbəti dəfə geri qaytarıb.

Bu barədə Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Ç. Əsgərov Report-a hazırda hakimliyə namizədlərin yeni siyahısının hazırlandığını deyib. Yeni siyahıya kimlərin adlarının daxil edildiyi barədə danışmayan Ç.Əsgərov namizədlərin yeni siyahısının təkrar AŞPA-ya təqdim olunacağını bildirib.

AŞPA artıq ikinci dəfədir ki, Azərbaycanın hakimliyə namizəd siyahısını geri qaytarır. AŞPA təcrübəsində başqa ölkələrin namizəd siyahısının geri qaytarılması təcrübəsi olub. 10 il bundan əvvəl Türkiyənin namizəd siyahısı geri qaytarılmışdı. Ancaq namizəd siyahısının iki dəfə qəbul edilməməsi AŞPA təcrübəsində nadir olaylardan sayılır.

Azərbaycanı Avropa Məhkəməsində hazırda Xanlar Hacıyev təmsil edir. Onun səlahiyyəti hələ ötən ilin oktyabrında başa çatmışdı. O zaman AŞPA təqdim edilən namizəd siyahısını geri qaytarmışdı. Həmin siyahıda Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova hakimliyə təklif edilirdi. Avropa Şurası Parlament Assambleyası təkilif edilən 3 nəfərdən birini seçməli idi.

Azərbaycan ikinci dəfə bu ilin yanvarında siyahı təqdim edib. Yenə də Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərovun namizədliyi irəli sürülmüşdü. Bu dəfə ondan əlavə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyeva hakimliyə təklif edilirdi. AŞPA-nın Alt Komitəsi ikinci dəfə də siyahını rədd edib.

Avropa Məhkəməsinin hakimləri seçilərkən namizədlərin təcrübə, qabiliyyət və bilik səviyyəsinə görə bərabər imkanlara malik olması kimi meyarlar nəzərə alınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG