Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:08

Həcc ziyarəti başlanır. Qiymətlər


►Builki ziyarətlərinin qiyməti 3500 və 4500 dollar təşkil edir

2016-cı ildə Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar gedəcək.

Həcc ziyarətinə kvota üzrə 1040 zəvvarın yola salınması nəzərdə tutulurdu.

Ancaq sonradan 10 yer artırılıb. Həmin 10 zəvvar yeri VİP ziyarətə aiddir.

Qafqaz Müsəlmanları İdarəsinin bilgilərində belə deyilir.

Ziyarət sentayabr ayında başlayacaq. Artıq marşrutların tarixi də bəllidir.

Buna da bax: 'Mədinədəki bombalı hücum İslamın özünə qarşı hücumdur'

İlk reys sentyabrın 2-də...

Qrafikə görə, zəvvarlar Azərbaycandan sentyabrın 2-si, 3-ü və 4-ü yola düşəcəklər. Hər gün bir və ola bilsin, iki reys həyata keçiriləcək.

Zəvvarlar ziyarətə hər təyyarədə 3 və ya 4 qrup olmaqla yola düşəcəklər.

Ziyarət ümumilikdə 16 gün davam edəcək. Qrafikə görə, zəvvarlar sentyabrın 18-dən geri dönməyə başlayacaqlar. Sentyabrın 19-u və 21-də də qayıdış reyslərinin olacağı bildirilir. Hər gün bir, ehtiyac olduqda iki reys həyata keçiriləcək.

Zəvvarlardan xarici biometrik pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4 ədəd fotoşəkil tələb olunurdu. Vizaların alınmasını idarənin özü Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən almaqla həyata keçirib.

Buna da bax: İran Həccə zəvvar göndərəsi olmadı

Qiymətlər...

Builki ziyarətlərinin qiyməti 3500 və 4500 dollar təşkil edir.

Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar tələb olunurdu.

Gündə iki dəfə yemək verilən və aşağı komfortlu, 6 nəfərlik otaqlı otellərdə qalanlara ümumi ziyarət xərci 3500 dollar başa gəlməlidir.

Bir il əvvəlki qiymətlər

Ötən il ziyarət xidmətlərinin qiyməti 4700 dollardan başlayırdı. Komfortdan asılı olaraq qiymətlər 5750 dollaradək yüksəlirdi.

Qiymətlərdə dollarla ucuzlaşmanın fonunda ( manatla bahalaşma) zəvvarların sayında ciddi azalma müşahidə olunur. Bu il Azərbaycandan gedəcək zəvvarlara limit ötən ilkindən az - 1500 nəfər müəyyən edilib.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar getmişdi. Onlardan 3-ü ziayrət zamanı Məkkədə vəfat etmiş, onlar elə orda da dəfn edilmişdilər.

Qiymətlər dollarla götürdükdə ötən ilə müqayisədə ucuzlaşıb. Manatla hesabladıqda isə bu il ziyarət xərcləri azı 1000 manat bahalaşıb.

Buna da bax: Həcdə ölənlərin ailəsinə kompensasiya

Zəvvarların sayı...

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ayrılan yerlərin sayı azaldılıb. Zəvvarlara ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib.

Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəgmən, 2400 zəvvar getmişdi.

Hazırda 1040 yerdən 600-ünün nisbətən şəraiti zəif olan ziyarət xidmətilərindən, 440-nın isə VİP xidmətlərdən yararlanacağı bildirilir.

Qafqaz Müsəlmanları İdarəsi kvotanın endirilmə səbəbini ötən il Həcc ziyarəti zamanı baş verən hadisələrlə izah etmişdi.

QMİ-nin sədri Hacı Allahşükür Paşazadə demişdi ki, ötən il Həcc ziyarəti zamanı baş verən hadisələr buna təsir edib:

“Təhlükəsizliklə bağlı yaşanan problemlər, Kəbə evi ətrafında aparılan genişləndirmə, yenidənqurma işlərinin həcmi ilə bağlı artıq bir neçə ildir, ümumi zəvvar sayında azalma planlaşdırılıb .Bu, Azərbaycana da ayrılan kvotaya təsir edir ”.

Ancaq bunun səbəbini bəzi ekspertlər maddi problemlərlə də izah edirlər. Onlar deyir ki, belə olmasaydı həcc ziyarəti üçün ayrılan kvotadan tam istifadə edilərdi.

Zəvvarlar Kəbənin başına dolanırlar (Video)

Zəvvarlar Kəbənin başına dolanırlar
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG