Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:09

İran Həccə zəvvar göndərəsi olmadı


İranın həcc ziyarətini təşkil edən təşkilatın loqosu
İranın həcc ziyarətini təşkil edən təşkilatın loqosu

İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcək. Bunu mayın 29-da İranın mədəniyyət naziri Ali Jannati deyib. O bunu Səudiyyə Ərəbistanı ilə ortaq məxrəcə gələ bilməməklə izah edib.

İran Həcc Təşkilatı deyib ki, Səudiyyə Ərəbistanı iranlıların həccə getmək hüquqlarını pozur.

Səudiyyə rəsmiləri deyirlər ki, İran mayın 27-dəki danışıqları heç bir razılaşma əldə etmədən tərk edib. Onlar əlavə ediblər ki, yaranan problemin həlli üçün bir neçə variant təklif olunub. Diplomatların sözlərinə görə, iranlılara elektron viza verilməsi təklifi səsləndirilib.

Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr yanvar ayında dayandırılıb. Buna səbəb Səudiyyədə şiə liderinin edamı olub.

İran təhlükəsizlik məsələlərini əsas gətirərək bu il Səudiyyə Ərəbistanına zəvvar göndərməyəcəyini bildirmişdi.

Ötən il Məkkədə yaranan basabasda 2 mindən çox zəvvar həlak olub, onlardan azı 460-ı iranlı idi.

XS
SM
MD
LG