Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

Həccə gedənlər yenə azaldı


Məkkə, həcc ziyarəti zamanı (arxiv fotosu)
Məkkə, həcc ziyarəti zamanı (arxiv fotosu)

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ayrılan yerlərin sayı azaldılıb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, zəvvarlara ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib.

Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar getmişdi.

APA xəbər verir ki, indi 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidmətilərindən, 440-ı isə VİP xidmətlərdən yararlanacaq.

Kvotanın endirilmə səbəbi açıqlanmır. Ancaq bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir.

Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollara başa gəlir.

XS
SM
MD
LG