Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:53

-

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlardan ziyarətdə vəfat edənlərin ailələrinə və ya ağır xəsarət alanlara kompensasiya ödənəcək. Bu haqda Qafqaz Müsəlmanları İdarəsindən məlumat veriblər.

APA-nın xəbərinə görə, kompensasiyalar zəvvarların seçdikləri ziyarət xidməti növlərinə görə, 5 və 6 min manata qədərdir.

Zəvvarlardan VİP ziyarət növünü seçənlər üçün kompensasiya 6 min, nisbətən ucuz ziyarət növünü seçənlər üçün isə 5 min manat nəzərdə tutulub. Bundan başqa, ağır xəsarət alanlara müalicənin xərcinə görə, kompensasiya veriləcək. Bu, sənədlərin qəbulu zamanı zəvvarla bağlanan müqavilədə əksini tapır.

Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib.

Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG