Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 01:43

Azərbaycanlı avarçəkən Rioda bürünc medal qazandı


Foto arxiv

Bu gün Rio Olimpiadasında avarçəkmə üzrə yarışların finalı keçirilib.

Bu idman növündə Azərbaycanı təmsil edən İnna Osipenko-Radomskaya da bu mərhələdə mübarizə aparıb.

34 yaşlı idmançı bir nəfərlik qayıqla 200 metr məsafəyə yarışda finişə 40,401 saniyəyə çataraq bürünc medal qazanıb.

Yeni Zelandiyalı Liza Karrinqton qızıl, polşalı Marta Valçikeviçisə gümüş medal qazanıb.

Beləliklə Azərbaycan yığmasının olimiadada qazandığı medalların sayı 4-ə çatıb.

XS
SM
MD
LG