Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:34

Adını unutduğunuz filmi tapmaq daha çətin olmayacaq


Whatismymovie.com saytının screenshotu.
Whatismymovie.com saytının screenshotu.

-

Adını unutduğunuz filmi tapmaq daha çətin olmayacaq

“Whatismymovie” baxdığınız, çox xoşunuza gəlmiş ancaq adını unutduğunuz filmi axtarıb tapmaq üçündür. Bu haqda "Independet" qəzeti xəbər yayıb.

Bu texnologiya videonu minə yaxın yönünə görə analiz edərək istəklərinizə uyğun filmləri tapır.

“Whatismymovie” saytını yaradan finland texnoloqlar komandası iddi edir ki, bu axtarış sistemi “Dünyada bir-iki ipucu əsasında film axtaran ilk sistemdir” və hamımızın üzləşdiyimiz film adını unudarkən onu axtarıb tapmaq problemini birdəfəlik həll edəcək.

Buna da bax: "Umberto Eko: İnternet anarxiyasının gözəlliyi"

Finlandiyanın Oulu Univerisitetinin nəzdindəki “Valossa” adlı mərkəz təsvirə əsaslanan film axtarış sistemi olan whatismymovie.com-u qurmaq üçün investorlardan 650 milyon dollar vəsait cəlb edib. Bu texnologiya internetdəki film servislərində və əyləncə saytlarında səsli idarəetmə üçün “təbii, şaxələnən və oynaq axtarış” sistemi ilə bir növ musiqi axtarışı sistemi “Shazam”ı xatırladı.

Məsəlçün axtarış zamanı, aşağıdakı keyfiyyətlərinə görə film axtara bilərsəniz:

  • Sean Connery qırmızı şalvarda.
  • Kosmos döyüşləri və lazer tapancalarının olduğu sci-fi filmi.
  • Eastwoodun prezidenti qoruması.
  • Hawaiidə cərəyan edən komediya.

Valasso ağıllı axtarış sistemi həmçinin xəbər verir ki, yeni sistem Apple Siri də və digər axtarış sistemlərində olduğu kimi səsli əmrləri də anlaya biləcək.

Hal-hazırda saytın bazasında 45000-dən çox ingilisdilli filmlə bağlı axtarış aparmaq mümkündür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG