Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:20

-

İyulun 5-də Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan Hasaka şəhərində intiharçı partlayış törədib, azı 16 nəfər həlak olub.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Ramazan aynın sonuncu günü çörəkbişirmə sexindəki partlayışda 40 nəfər yaralanıb. Ölü sayının artacağı gözlənilir.

Ölənlər arasında 3 uşaq, iki qadın var.

İŞİD onlayn bəyanatda bildirib ki, hücumu üzvlərindən biri törədib və məqsəd kürd YPG qruplaşmasını hədəfə almaq olub.

XS
SM
MD
LG