Fransada keçirilən Avropa çempionatı 1/4 final mərhələsinin ilk oyunu üçün hakimlər müəyyən edilib.
UEFA-nın saytında gedən məlumata görə, Polşa - Portuqaliya görüşünü almaniyalı hakim Feliks Brixin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
İyunun 30-da keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
23:00. Polşa - Portuqaliya
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü referi: Milorad Maziç (Serbiya)
Marsel.