Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:01

-

Əfqanıstanın şərqində magistral yolda iki sərnişin avtobusuyla yanacaq tankeri toqquşub, 73 nəfər həlak olub. Hadisə mayın 8-də, Qəzni vilayətinin Muqur bölgəsində, paytaxt Kabili cənubdakı Qəndəhar şəhərinə birləşdirən yolda baş verib.

Onlarla adam xəsarət alıb, hər üç maşın alışıb.

Polis hadisənin səbəblərini araşdırır, ancaq ilkin tapıntılar sürücülük qaydalarının pozulduğunu göstərir.

Əfqanıstanda yol qəzaları tez-tez baş verir. Səbəb həm qaydaların pozulması, həm də yolların bərbad vəziyyətdə olmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG