Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:56

Pxenyanda amerikalıya 10 il cəza


Kim Dong Chul

-

Aprelin 29-da Şimali Koreyada ABŞ vətəndaşı casusluq və təxribat ittihamlarıyla 10 illik həbs cəzasına məhkum edilib. Bu il Şimali Koreyada artıq ikinci amerikalı həbsə atılır.

King Dong Chul oktyabrda Rason şəhərində saxlanmışdı.

O, martda etiraf edib ki, Cənubi Koreyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edib, məqsədi Şimali Koreya liderini devirmək olub.

O, həmçinin şimali koreyalılar arasında din yaymağa çalışdığını deyib ki, bu da ölkədə cinayət sayılır.

Daha öncə Şimali Koreyada oxşar bəyanatlar verən xaricilər buraxılandan sonra buna məcbur edildiklərini söyləyiblər.

XS
SM
MD
LG