Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:12

Trump Rusiyayla münasibətlərdən danışır


Donald Trump

-

ABŞ-da Respublikaçılardan prezidentliyə aparıcı namizəd Donald Trump deyir ki, prezident seçilərsə, Rusiya və Çinlə münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Trump aprelin 27-də Vaşinqtonda çıxış edib, deyib ki, Birləşmiş Ştatların Rusiya ilə “ciddi ziddiyyətləri olmasına baxmayaraq”, o, “güc mövqeyindən” Moskvayla indiki gərginliyi azaltmağı mümkün sayır.

O, prezident olacağı halda dünyaya Amerikanın maraqları gözüylə baxacağını bildirib. Trump söyləyib ki, Rusiya və Çinlə ümumi maraqlara” əsaslanaraq dil tapmağa çalışacaq.

Prezidentliyə namizəd ABŞ-ın “radikal İslamla müharibə şəraitində” olduğunu, İslam Dövləti silahlı qruplaşmasının kökünü kəsəcəyini bəyan edib.

Hazırda 69 yaşlı Trump digər namizədlər Ted Cruz və John Kasich-dən xeyli öndə gedir.

XS
SM
MD
LG