Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 03:25

İran paradda raketlərini göstərdi


Foto arxiv

İran aprelin 17-də ordu günü münasibətilə keçirdiyi hərbi paradda bu günlərdə Rusiyadan aldığı S-300 raketini nümayiş etdirib.

Parad İran İslam Respublikasının banisi Ayatolla Khomeyninin Tehran ətrafındakı mavzoleyi qarşısında keçirilib.

Ölkə prezidenti Hassan Rohani və hərbi rəsislərin iştirak etdiyi paradda müxtəlif raketlər nümayiş etdirilib.

Paradda elit hərbi hissə hesab olunan 65-ci hava-desant briqadası da iştirak edib.

Rohani deyib ki, bu iranın böyük hərbi gücünü göstərir, hansı ki, regionda təhlükəsizlik və sabitliyə xidmət edir.

XS
SM
MD
LG