Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

A.Kamyunun qızı: İnsanları dövlətdən qorumalıyam


Catherine Camus
Catherine Camus

-

Filosof, yazıçı Albert Camus'un qızı Catherine Camus ilə "3AM" dərgisinin müsahibəsi

- Necə düşünürsünüz, atanız yarıqaranlıq otaqlarda, simpoziumlarda oturub onun fəlsəfəsini müzakirə edən bütün bu tələbələri və alimləri görsəydi, nə hiss edərdi?

Albert Camus
Albert Camus

-Mən simpoziumları xoşlamıram. Camus haqda simpozium yalandır. Camus'un yalana dair baxışları var. Onun bütün əsərlərində özünü büruzə verir həmin baxışlar.

Bu simpoziumlarda iştirak edən insanları ittiham etmirəm. Onlar özlərini rahat hiss etdikləri yerlərdə toplaşıb öz istədikləri kimi danışırlar. Şəxsən mənim yerim deyil simpozium.

Camus oxuyan tələbələr ona kənardan yanaşmalı, kənardan Camus'a gəlməlidirlər, universitet tədqiqatından deyil.

Hər hansı bir kitabı açın. Kitab harmonik vahiddir. Simpozium isə hər hansı mövzuda bir parça oxumaqdır, orada həyat və canlılıq olmur, çünki həyat bütövdür, tamdır. Həyat prosesdir. Bir kitabın sadəcə bir hissəsinin bütöv ruhunu itirərək müzakirə edilməsi mənə görə, düzgün deyil.

-Əlcəzairli tələbələrlə, alimlərlə görüşəndə nə hiss edirsiniz?

-Mən Əlcəzair haqda heç nə bilmirəm, oranı tərk edəndə balaca qız idim. Əlcəzair haqda çox eşidirəm, amma getmək istəmirəm ora. Mənim üçün hamı ölüb. Mənim ailəm üçün onların hamısı ölüb.

-Ərəb nənənizi tanıyırsız?

-Bəli, tanıyıram. O, lal idi. Onunla əl-qolla danışırdıq.

-Atanız öləndə neçə yaşındaydız?

-14.

-O ölənə qədər hər hansı kitabını oxumuşduzmu?

-Birini. Kaliqula. 12 yaşımda oxumuşdum. O, çox təəccüblənmişdi. Mən demişdim ki, gülməli kitabdır. O, demişdi, gülməli? Demişdim, hə, gülməli kitabdır.

-Sonralar o kitabı oxuduzmu və yenə də sizə gülməli göründümü?

-Həm hə, həm yox.

-“Birinci adam” kitabını redaktə etmək sizə çətin olmadı ki? Nə qədər çəkdi bu iş? (Söhbət Camus'un son, yarımçıq qalmış kitabından gedir)

- O qədər uzun çəkdi ki. 5-6 ay. 1980-ci ildə atamın bütün yaradıcılığının idarəetməsi mənim üstümə düşdü. Həmin vaxt çoxlu yazışmalar aparırdım. Üç qeyd kitabçasını çap üçün uyğun vəziyyətə gətirməliydim. İt kimi işləyirdim, heç başımı qaldırmırdım. Yorulmuşdum.

- Qardaşınız sağdır? (Onlar əkizdirlər)

- Həm sağdır, həm yox. Qardaşım heç vaxt atam haqda danışmır. Çox şey bilirəm. “Birinci adam” kitabında söhbətin nədən gedəcəyini bilirəm. Amma mən heç vaxt qardaşım haqda danışmıram. O, özü də istəmir.

Kitabın üstündə Albert Camus şəxsi imzası
Kitabın üstündə Albert Camus şəxsi imzası

- Ananız “Birinci adam”ı 1960-cı illərdə çap etdirmək istəyib, amma mühit uyğun deyilmiş. Başqa filosoflar ondan anti-kommunist olduğu üçün və Fransa-Əlcəzair münasibətlərini sülh yoluyla tənzimləmək tərəfdarı olduğuna görə üz çevirmişdilər. Amma məncə, onlar Camus'a həm də şəxsi səbəblərə görə hücum edirdilər. Onlar Camus'a yuxarıdan aşağı baxırdılar.

-Özləri bilər, atamda elə hisslər yox idi. Məndə də xudbinlik yoxdur.

-Nə vaxtsa yazıçı olmaq istəmisiz?

-Yox. Mahnı yazmaq istəyirəm. Arzulayıram.

-İndi nəylə məşğulsuz?

-Bilmirəm. İşim-gücüm çoxdur, amma çox yorğunam. Gör neçə il tətilsiz işləmişəm. Ailəm var, şəxsi həyatım var, hər bir qadın məni anlayar: iş, sonra da ev işləri.

-Camus'un varisi kimi köməkçiniz varmı?

-Yox, təkəm. Bir ildir ki, bir dostum hərdən kömək edir. Onunla “Yad” və “Taun” romanına film çəkməyi planlaşdırırıq. Görək.

-Ssenari hazırdı artıq?

-Ssenarilərə baxdım, bəyənmədim, mənim ideyalarımdan çox uzaqdırlar. Mən teatr istəmirəm, film istəyirəm. Teatr üçün ssenarilər çoxdur, film ssenarisi isə yoxdur.

-Siz özünüz nəçisiz?

-Mən ixtisasca adminstrativ vəkiləm. İnsanları dövlətdən qorumalıyam. Amma vaxtım yoxdur. Anam da çox gənc öldü.

-Ananızla köməkləşib yaradıcı irsini idarə edə bilərdiniz.

-Hə. Amma onun üçün daha çətin olardı. O, həyat yoldaşı idi, mənsə qızıyam. Əgər mən nəsə səhv etsəydim, nə olar ki, insan səhv edər, amma anam başqa məsələ, onun üçün daha çətin olardı.

-Səhv deyəndə nəyi nəzərdə tutursuz?

-Uğursuz ola bilərdim bu işdə. Hər kəs uğursuz ola bilər.

-Camus'dan, onun kitablarından, təcrübəsindən çox şeymi öyrənmisiz?

-Mən onun birinci qızıyam. Böyük inttellektualdır. Sevdiyin adamı itirəndə o adam qalır səninlə. Mən onun kitablarını sevirəm. Belə də ki, həyat nə gətirdisə, qəbul edirəm. Mənim missiyam yoxdur.

- Sizin üçün həqiqət nədir?

- Azadlıq və sevgi.

Albert Camus
Albert Camus

- Özü də indi Yaxın və Orta Şərqdəki siyasi vəziyyəti nəzərə alsaq, həqiqət və yalandan danışmaq üçün yaxşı mövzudur.

- Elədir. Mən daha həqiqəti görmürəm. Çox kədərlidir. Bilmirəm.

İndi yeganə həqiqət puldur və pul yalandır. Çox kədərlidir.

- Uşaqlarınız var?

- Var, böyükdürlər, oğlum ətir düzəldir. Qızım vəkildir.

- Onlar yazıçı olmaq istəyiblər heç?

- Yaxşı ki, yox. Amma uşaqlar bizim mülkiyyətimiz deyil. Onlar azaddırlar. Adam özü nə istədi, onu eləməlidir. Azadlıq məsuliyyətdir, uşaqlara onu öyrətmək lazımdır.

- Mən Camus'nun "Yad" romanını bir neçə dəfə oxumuşam, dünən yenə oxudum Çox sevirəm o romanı.

- Mənsə bir dəfə oxumuşam.

- Atanızın ən çox sevdiyiniz kitabı hanısıdr?

- “Eniş”. Bilmirəm niyə. Bilmirəm.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG