Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:06

İtkin düşənin meyiti tapıldı


-

Ağdaş rayonunun Pirəzə kəndində 11 gün əvvəl itkin düşən 40 yaşlı Xəlifə Əliyevin meşədə meyiti tapılıb. Meyit martın 8-də axşam saatlarında Kür çayının sahil zolağında yerləşən meşə massivindən aşkarlanıb.

“APA” informasiya agentliyinin xəbərinə görə, X. Əliyevin cəsədi ağacdan iplə asılmış vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Cəsəd müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

XS
SM
MD
LG