Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:44

Sanitar qaydalar təsdiqlənib


-

Səhiyyə naziri Oqtay Şirəliyev “Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nı təsdiq edib. “Report”-un xəbərinə görə, bu qaydalar dövlət sanitariya nəzarəti xidmətinin qeyri-sahibkarlıq subyektlərində apardığı yoxlamalar zamanı qüvvədə olan normaları müəyyən edir.

Bu normalar pozulduqda xidmət uyğun addımlar atır.

Ərzaq xammalının, qida məhsullarının saxlanmasında, daşınmasında və içməli su mənbələrindən istifadədə normaları pozularsa, zəruri tədbirlər görülənədək işlər dayandırılır. Normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda, işə xitam verilir.

Yoluxucu xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya qaydalarını və gigiyena normalarını müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılması məsələsi qaldırılır.

Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda, xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir.

XS
SM
MD
LG