Bu günki AzadlıqLive-da:
Azərbaycan prezidenti Münxendəki çıxışında post-neft dövrünün başlandığını, bu dövrdə ümidini həm də "Cənub Qaz Dəhlizi" layihəsinə bağladığını deyir. Ekspertlərsə bu mavi yanacağa elə də bel bağlamamağı tövsiyyə edir
Dohada Rusiya və Səudiyyə Ərəbistanı neft istehsalını dondurmaq qərarına gəldilər. Ancaq neft eksperti İlham Şaban bu hadisəni göründüyü kimi əhəmiyyətli saymır, deyir ki, bu yalnlız niyyətdir
Azərbaycanda yerli mebel istehsalı. İqtisadçı Natiq Cəfərli deyir ki, yerli mebel istehsalının olması yaxşıdır, amma...
«Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər».
Bu fikir isə «Azadlıq» qəzetində dərc edilən bir məqalədəndir.
Məqalədə vəkil Yalçın İmanovla bağlı baş verən məsələlərdən bəhs edilir. Yazıda qeyd edilir ki, AXCP sədrinin müşaviri Məmməd İbrahimin məhkəmə prosesində vəkil hakim və müstəntiqin məsələlərə formal yanaşdığını deyib. Buna səbəb kimi də vəsatətlərinin qəbul edilməməsini göstərib. Hakim Turqay Hüseynov bunu məhkəməyə hörmətsizik sayaraq Y.İmanovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Media icmalı
İŞİD dünyaya yayılır
Qərbin təhlükəsizlik rəsmiləri daim nigaran idilər ki, İraqdan, ya Suriyadan qayıdan vətəndaşları «tənha canavar» sayağı terror hücumları təşkil edərlər. Ancaq Misirdə partlayan Rusiya təyyarəsində 224 nəfərin ölümünə səbəb olan hücumu «tənha canavar» deyil, bambaşqa bir vəhşi heyvan törətdi: heç İŞİD («İslam Dövləti» silahlı qruplaşması) də yox, İŞİD-in bir qanadı. Bu qanad İŞİD-in lideri Abu Bakr al-Baghdadi-yə sadiqliyini elan edib. İŞİD bu qruplara «vilayət» deyir.
İlham Əliyev Gəncəyə gedib
Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gəlib. Xəbəri AZƏRTAC yayıb.
Bu gün Gəncədə «İmamzadə» kompleksinin açılışı gözlənilir.
Yada salaq ki, Türkiyə prezidentin də fevralın 18-də Gəncə şəhərinə gələcəyi gözlənilir. R.T.Erdoğan Gəncə şəhərində keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməlidir.