Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:16
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

20:43 19.2.2016

Bu günki AzadlıqLive-da :

"Rusiya-Türkiyə qarşıdurmasında elə dərd yarana bilər ki, Qarabağ da, Abxaziya da yaddan çıxar"- politoloq Rasim Ağayev Gürcüstan, Türkiyə, Azərbaycan xarici işlər nazirlərinin Tbilisi görüşü haqda belə deyir

Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid

Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

21 fevral beynəlxalq ana dili günüdür. Filosof Niyazi Mehdi deyir ki, insanın şüurunda bir dil olmalıdır

Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

19:22 19.2.2016

Test sistemindən Vahid Dövlət İmtahanına?

“Gələcəkdə hazırkı sistem dəyişməlidir. Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini testlə qiymətləndirmək doğru deyil”.

Bu sözləri ANS-ə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov söyləyib. Nazirin fikrincə biliklərin qiymətləndirilməsi fərqli sistem tələb edir.

Nazir bildirib ki, hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiyada da mövcuddur və vahid dövlət imtahanı adlandırılır.

18:06 19.2.2016

Qənimət Zahidin qohumlarının məhkəməsi

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2015-ci ilin yayında həbs olunan qohumlarının – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsi başladı.

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib.

Məhkəmənin təşəbbüsü ilə həm Rövşən Zahidov, həm də Rüfət Zahidova dövlət hesabına vəkil təyin olunub.

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, bir sıra vacib sənədlər, o cümlədən ittiham aktının surəti onlara verilməyib. Heç Rüfət Zahidovun vəkili Bəhruz Bayramov da ittiham aktını almayıb.

Təqsirləndirilən şəxslər və müdafiəçilərə ittiham aktı və digər sənədlərin surətlərinin təqdim olunması, onların bu sənədlərlə tanış olması üçün məhkəmənin hazırlıq iclası fevralın 23-nə qədər təxirə salınıb.

16:54 19.2.2016

Moskva Yerevana silah almağa pul verir

Moskva Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb.

Məlumatı Rusiya hökumətinin internet portal yayıb.

10 illik kreditə hansı silahlar alınacaq?

PZRK
PZRK

Davamı

XS
SM
MD
LG