Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:02
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:18 15.2.2016

"İşgəncə yuvası"

Bəzi müxalif qəzetlər isə həbsxanalarda müəmmalı ölüm hallarından bəhs edirlər. Bu mövzuda olan məqalələrdə qeyd edilir ki, son günlərdə 6 saylı həbsxanada iki məhkum döyülərək öldürülüb. «Azadlıq» qəzeti bu mövzuda «Ölkə həbsxanaları işgəncə yuvasına çevrilir» adlı məqalə də dərc edib.

Həmin məqalədə yazılır ki, hakimiyyət Ağ Evi tənqid edəndə arqument kimi Quantanamo həbsxanasını göstərir. «Azadlıq» qəzeti ölüm hallarının baş verdiyi həbsxananı «Azərbaycan Quantanamo»su adlandırır:

«Ölkə həbsxanalarında baş verənlər göstərir ki, Azərbaycan özü Quantanamoya çevrilib. Ölkə həbsxanalarında acınacaqlı vəziyyətlə bağlı tez-tez ortaya faktlar çıxır və məhbusların öldürülməsinin şahidi oluruq».

13:29 15.2.2016

Neft yenə düşməyə başladı

Xam neftin qiyməti ötən cüməki sıçrayışdan sonra bazar ertəsi enməyə başlayıb. Səbəb də böyük istehsalçıların hasilatı azaldacağı sarıdan şübhələrdir. Fevralın 15-də Nyu-York birjasında mart fyuçerslərində xam neftin barreli 29.11 dollara düşüb. Londonun «ICE Futures» birjasında isə «Brent»in barrelinin aprel qiyməti 0.40 sent azalaraq 32.96 dollara düşüb.

«The Wall Street Journal»da Jenny Hsu yazır ki, neftin qiymətinin birgünlük sıçrayışının səbəbi bir açıqlama idi. Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri dedi ki, OPEC üzvləri əməkdaşlığa hazırdır.

13:42 15.2.2016

İran kitab paytaxtını seçir

İranda 2-ci İran Kitab Paytatı Festivalı keçirilir. 100 şəhərin namizəd olduğu festivalda 15 şəhər yarım-finala qalıb.

Festivalın katibi İbrahim Heydəri deyib ki, festivalın əvvəlində 100 şəhər 1400-ə yaxın proqram ilə namizəd olub, bu proqramlar kitab oxumaq mədəniyyətini yaymaq üçün yazılıb. Şəhərlərin seçimində dini-milli dəyərlər, yerli ənənələr, özəl sektordan və xalqdan gələ biləcək maddi dəstək kimi meyarlar əsas götürülüb.

Yarım-finala qalan 15 şəhər bunlardır: İsfahan, Buşəhr, Təbriz, Hurmoc, Dezful, Ramhürmüz, Rəşt, Səbzəvar, Sircan, Rey, Şehrekürd, Şiraz, Kaşan, Nişabur və Yəzd.

İndi "qiymətləndirmə aparılacaq və yalnız 5 şəhər finala qalacaq, aralarından biri İranın mədəniyyət paytaxtı olacaq."

14:19 15.2.2016

Tibb İdarəsi 1 məhbusun öldüyünü təsdiqləyir

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Nurani İbrahimovun ölüm faktını təsdiq edib. İbrahimovun ölümünün səbəblərinə gəlincə, o, bununla bağlı Məhkəmə Tibb Ekspertizasının rəy verəcəyini bildirib .
Penitensiar Xidmət isə bu xəbərə hələ münasibət bildirməyib. Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi AzadlıqRadiosunun sorğusunu cavabsız qoyub.

Tibb idarəsinin rəis müavini İftixar Qurbanov xəbərlərdə adıçəkilən digər məhbus Sahib Abbasovun ölməsi və daha iki məhbusun ağır durumda müalicə müəssisəsinə yerləşdirilməsi barədə deyilənləri isə təsdiq etməyib.

Davamı

XS
SM
MD
LG