Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:42
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

14:23 15.2.2016

"Rus hərbçiləri getdi, Azərbaycan məmurları qaldı"

«Bizdən rüşvət tələb edirlər. Deyirlər, «ya gətirin pul verin, ya da evlərdən çıxın»».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Qəbələnin Zarağan kəndindəki hərbi şəhərcikdə yaşayanlar deyir. Şəhərcikdəki mənzillərdən birinin sakini Elşad Vəliyevin sözlərinə görə, 3 il əvvəl Qəbələ RLS-in fəaliyyəti dayandırılıb. Orada çalışan rus hərbçiləri Zarağan kəndindəki hərbi şəhərciyi tərk edərək vətənlərinə qayıdıblar. İndi şəhərcikdəki mənzillər zarağanlılarla yerli məmurlar arasında mübahisəyə çevrilib

14:34 15.2.2016

Araşdırma məhbusun nədən öldüyünü deyəcək?

“Penitensiar Xidmətin Müalicə Müəssisəsində, mətbuatda yazıldığı kimi, bir neçə deyil, bir məhbus ölüb. Həmin məhbusun ölüm səbəbi hazırda ararşdırılır”.

Bu haqda AzadlıqRadiosuna Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Qurbanov məlumat verib:

“Həmin məhkum 6 saylı müəssissədə cəza çəkirmiş, həmin vaxt Müalicə Müəssisəsində olub. Müalicə Müəssisəsində mədə ağrılarından vəfat edib. Bu ölüm faktı ilə bağlı müvafiq istintaq orqanında araşdırma gedir. Ölüm faktı varsa, bu araşdırmanın predmetidir. İşgəncə iddiasının asılı olmayaraq araşdırma aparılır. Güman edirəm ki, araşdırma nəticəsində onun hansı səbəbdən ölməsi bəlli olacaq”.

Fevralın 12-də ölən məhbus Nurani İbrahimovun yaxınları AzadlıqRadiosuna deyib ki, o, işgəncədən ölüb, bədənində bunun izləri olub.

Faiq Qurbanov deyir, məhbus yaxınlarının dedikləri ilə o da tanışdır.

“Hazırda ekspertizalar keçirilir, araşdırma gedir. Bu iddialarln nə qədər həqiqətə uyğun olub-olmadığı araşdırma nəticəsində üzə çıxacaq”.

16:13 15.2.2016

Ağdamda əmək yarmarkası

Fevralın 15-də rayonda əmək yarmarkası keçiriləcəyi elan edilibmiş. Amma yarmarkanın keçiriləcəyi idman kompleksinin önünə toplaşan insanlar "təxirə salınıb" elanı ilə qarşılaşıblar. Məşğulluq İdarəsinə yollanan insanlara da yarmarkanın təxirə salındığını deyiblər. Bundan sonra onlar rayon icra hakimiyyətinə yürüş ediblər. İcra başçısının müavini onların qarşısına çıxaraq yarmarkanın sentyabrda keçiriləcəyini söz verib...Fotolar

17:27 15.2.2016

Vergidən cana doyan sahibkar

«Vergilər idarəsi bizi niyə yoxlasın ki?.. Cənab prezidentin fərmanı var axı - illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır».

Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar Fəxrəddin Həsənli və Elxan Məmmədov yersiz vergi yoxlamalarından cana doyduqlarını deyirlər. Fəxrəddin Həsənlinin sözlərinə görə, Vergilər Nazirliyi prezident fərmanını, üstəlik, nazirliyin 12 oktyabr 2015-ci il tarixli kollegiya qərarını tanımır

Davamı

XS
SM
MD
LG