Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:33
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

16:09 19.2.2016

Bu ilki büdcə

«Bu ilki büdcənin gəlirləri 15 milyard 738.6 milyon manat nəzərdə tutulur. Bu, təsdiqlənmiş büdcəyə nisbətən 981.5 milyon manat və ya 5.9 faiz azdır. Azalma, əsasən, bir barrel xam neftin qiymətinin təsdiq edilən proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondu gəlirlərinin 3 milyard 230.3 milyon manat azalması hesabınadır».

Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə dəyişikliklər parlamentin komitə iclasında müzakirə edilərkən belə deyib.

15:27 19.2.2016

Gorbachev Mikhalkovu siyasətə qarışmamağa çağırır

Keçmiş SSSR-i prezidenti Mikhail Gorbachev Rusiya Kinomotoqrafiya İttifaqının rəhbəri Nikita Mikhalkovu siyasətə qarışmamağa çağırıb.

Mikhalkov bundan əvvəl Gorbachev və keçmiş Rusiya prezidenti Boris Yelsinin siyasi fəaliyyətinin dövlət səviyyəsində cinayət kimi tanınmasına çağırıb.

Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Gorbachev Mikhalkovu sakitləşməyə çağırıb.

Gorbachev və Yeltsini keçmiş SSSR-ni dağıtmaqda ittiham edən Mikhalkov onların siyasətini “real cinayət” adlandırıb.

14:38 19.2.2016

Aşağı qiymətli uçuşlar- AZALJET

AZAL aşağı büdcəli istiqamətlər üzrə uçuşları yerinə yetirəcək yeni AZALJET brendinin yaradılmasına dair planlarını elan edib. AZALJET brendi altında uçuşlar bu il martın 28-dən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.

14:31 19.2.2016

Yapon filmləri həftəsi

Fevralın 19-da Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə «Yapon filmləri həftəsi»nin açılışı olacaq. Yapon mədəniyyətinin tanıdılması məqsədi ilə keçirilən həftəlik «Nizami» Kino Mərkəzində baş tutacaq.

İlk dəfə olaraq filmlər Azərbaycan dilində alt yazısı ilə təqdim olunacaq. «Yapon filmləri həftəsi» çərçivəsində tamaşaçılar 5 filmə baxa biləcəklər. Bunlar «Söz bağçası», «Kikinin çatdırılma xidməti», «Nabinin sevgisi», «Yay gecəsində yuxu» və «Xoşbəxtlik çörəyi» filmləridir.

Davamı

XS
SM
MD
LG