Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 09:36
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

14:09 19.2.2016

Neftin qiyməti qalxacaqmı?

«Qətərin paytaxtı razılaşmalardan ötrü elə də uğurlu məkan deyil. Dohada ümumdünya ticarət danışıqları 15 ildir gedir. Fevralın 16-da Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft hasilatının dondurulması üzrə razılaşması da qiymətlərə təsir göstərməyi hədəfləyən, heç vaxt bitməyəcək bir saqaya bənzəyir».

«The Economist» yazır ki, əslində hasilatın dondurulması üzrə istənilən müzakirə qiyməyə müsbət təsir göstərir. Ancaq çoxlu əmmalar var. Səudiyyə Ərəbistanı, Rusiya və İraq yanvarda rekord səviyyədə neft istehsal edirdi. Ona görə də hasilatı dondurmaq aşırı təklifi cüzi məhdudlaşdıra biləcək. İran isə sanksiyalar qaldırılandan sonra Avropaya ilk neftini göndərib və martın sonunadək ixracı günə 500 min barrel artırmağı planlayır.

13:42 19.2.2016

Xoşbəxtlik nədədir?

Harvard Universitetinin professoru, psixiatr Robert Waldinger bizi həyatımız boyu xoşbəxt və ruhən sağlam hiss etdirən səbəblərdən danışıb.

O deyib ki, Harvard Universiteti 75 il bu məsələni tədqiq edib. Tədqiqat müddətində çoxlu sorğular keçirilib, sorğularda insanların bir qismi bu səbəbin şöhrət, bir qismi isə pul olduğunu deyib.

Sonra isə yüzlərlə insanın gündəlik həyatının bütün tərəfləri üzərində müşahidə aparılıb. Bizi özümüzə xoşbəxt və məmnun hiss etdirən qüvvə, tədqiqatın gəldiyi nəticəyə görə, - münasibətlərimizdir, icmadır.

Tədqiqatdan çıxan nəticə budur: "Yaxşı həyat yaxşı münasibətlər üzərində qurulur."

13:10 19.2.2016

İtaliya Erdoğanın oğluna cinayət işi açıb

Qərb mediası yazır ki, İtaliya prokurorluğu Türkiyə prezidentinin oğlu Bilal Erdoğanı çirkli pulların yuyulmasında ittiham edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu Bilalın İtaliyaya qanunsuz olaraq milyonlarla dollar pul gətirdiyi iddia edilib.

13:07 19.2.2016

"Prezident qızına rüşvət verən şirkət" cərimələndi

Bermud adalarında qeydiyyatdan keçmiş qlobal telekommunikasiyalar şirkəti VimpelCom ona qarşı ABŞ və Hollandiya tərəfindən irəli sürülmüş rüşvət ittihamlarına xitam verilməsi üçün 795 milyon dollar təzminat ödəməyə razılaşıb.

İddia olunan rüşvəti şirkət Özbəkistan bazarına çıxmaq üçün ödəmişdi. Rüşvət kimə verilmişdi?

Davamı

XS
SM
MD
LG