Bu günki AzadlıqLive-da:
Türkiyə Suriyada müharibəyə cəlb olunsa, Rusiya-Türkiyə qarşıdurması güclənsə, Azərbaycan kimin tərəfində olmalıdır?
Neftdən gəlir azaldığı bir vaxtda Azərbaycana 17 yaşlılar arasında Avropa birinciliyinə ev sahibliyi lazım idimi?
İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, belə yarışları adətən, sırımağa ölkə axtarırlar.
Coşqun Eldaroğlu
No media source currently available
Azərbaycan kimin yanında olacaq? Türkiyənin yoxsa Rusiyanın?
Politoloq Rasim Musabəyov deyir ki, coğrafi mövqeyinə görə Azərbaycan üçün seçim etmək təhlükəlidir. Ətrflı AzadlıqLive radioda
"Azadlıq"a bir həftə vaxt verildi
“Azadlıq” qəzeti Azərbaycan nəşriyyatına olan borcunun bir hissəsini ödəyib. Qəzet bunu yayım firmalarından əldə etdiyi vəsait hesabına edə bilib.
Qəzetin baş redaktorunun birinci müavini Rövşən Hacıyevin bildirir ki, nəşriyyat qəzetin çapının davam etdirilməsinə razılıq verib. Ancaq cəmi bir həftəliyinə:
“Borcun qalan hissəsi ödənilməsə bir həftədən sonra yenə də eyni problem yaranacaq. Nəşriyyat sadəcə, borcun qalan hissəsinin ödənilməsi üçün 1 həftə vaxt verdi”
Ermənistan çempinonatında cəmi 7 klub qalıb
UEFA Ermənistan Futbol Federasiyasını cəzalandıra bilər. Buna səbəb ölkə çempionatındakı komanda çatışmazlığıdır.
“Uliss”in liqanı tərk etmə qərarından sonra çempionatda cəmi 7 klub qalıb. UEFA-nın qaydalarına əsasən çempionatlarda ən azı 8 klub olmalıdır.