8 gün dalbadal iş olmaycaq
APA xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.
Cəmi 6 rayon özü-özünü dolandıra bilər
Yerli gəlirləri hesabına xərclərini tamamilə ödəyən Sumqayıt, Abşeron, Mingəçevir, Şirvan və İmişli rayon və şəhərlərinə 2016-cı ildən Naftalan şəhəri də əlavə olunub.
Bunu Vergilər nazirliyinin son məlumatı göstərir. Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə, Bakı şəhəri istisna olmaqla, respublikanın rayon və şəhərləri üzrə gəlirlər 593,4 milyon manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 18,9 faiz artım deməkdir.
Öz əlin kimi
ABŞ-ın Con Hopkins Universitetinin alimləri beyinlə yönəldilən yeni protez hazırlayıblar.
«The Daily Mail» yazır ki, yeni cihazın özəlliyi barmaqların hərəkətini ayrı-ayrılıqda tənzimləməsidir. Qurğunun analoqları bütün barmaqlardan eyni anda istifadə etdiyindən, bu halda yalnıznəyisə tutmaq mümkün idi.
Azərbaycan sonda kimi secəcək? Türkiyəni yoxsa Rusiyanı?
Türkiyənin prezidenti R.T.Erdoğan-ın dünən üçün Azərbaycana nəzərdə tutulan səfəri bir müddətdir ki, hamının diqqətindədir. Bir daha hansısa texniki problem və ya başqa bir ciddi səbəb ortaya çıxmasaydı, səfər bu gün baş tutacaqdı. Amma belə məlumatlar yayıldı ki, prezident Ankarada baş vermiş partlayışa görə səfərini təxirə salıb. Düzdür, bu ertələməni rəsmi Bakının son vaxtlardakı bəzi tələsik açıqlamaları ilə bağlayanlar da var...