SOCAR-dan iş təklifi
SOCAR rəhbərliyinin göstərişi ilə itkin düşən və həlak olan neftçilərin ailələrinin hər birindən bir nəfər bacarıqları nəzərə alınmaqla işə qəbul olunacaq. «Report» bu xəbəri şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirliyə istinadən yayıb.
Bloomberg: Türkiyənin müharibəyə cəlb olunması riski artır
Fevralın 17-də Türkiyə paytaxtı Ankarada hərbi maşının partladılması nəticəsində azı 28 nəfər həlak olub, 61 nəfər yaralanıb. «Bloomberg» yazır ki, bununla Türkiyənin Suriya müharibəsinə müdaxilə riski artmış oldu.
Ankara partlayışında azı 28 adam ölüb
Türkiyə paytaxtı Ankarada axşamın izdihamlı çağında törədilmiş güclü partlayışda azı 28 nəfərin öldüyü, 60 nəfərin yaralandığı xəbər verilir.(video)
Rəsmilər avtomobildə törədilmiş partlayışın hərbçiləri hədəflədiyini təsdiq ediblər. Partlayış Ankaranın mərkəzində, parlament binası və baş hərbi qərargahının yaxınlığında törədilib.
Bu günki AzadlıqLive-da:
40 ildir, Bakıda tüstü bacaları təmizlənmir, çünki belə qurum yoxdur. Dəm qazından isə ildə azı 200 adam zərər çəkir
Bakıda, 130 min kitabı olan kitabxanada kitabxanaçılardan başqa heç kim yox idi. Kitabxanada kitab oxuyan qalmayıb
19 ildir, vaqonda yaşayan köçkünlər